"Pişiyimə görə intihar etmək istədim" - Türk yazardan şok etiraf

"Pişiyimə görə intihar etmək istədim"
Politika.Az xəbər verir ki, Kanal D-də yayımlanan "Rəngli Səhifələr" proqramının bu dəfəki qonağı məşhur sənətçi, yazar, publisist Ömür Gedik olub. Ömür Gedik proqramda intihar etməyi düşündüyünü açıqlayıb.

Ömür Gedik yaşadığı ən duyğusal anları, həyatındakı çətin vəziyyətləri tamaşaçılar ilə bölüşübdü. Məşhur sənətçi çox sevdiyi pişiyi ilə bağlı xatirəsini də danışıb və danışdıqları hər kəsi təəccübləndirib. Yol qəzası nəticəsində ölən sevimli pişiyi Kalikonun ölümü haqqında danışan sənətçi bunları deyib: "Qaldığım küçədə onu yolun ortasında yerdə yatarkən gördüm. İlk əvvəl yuvarlanır, oyun oynayır zənn etdim. Əziləcək deyə onu yoldan götürməyə gedərkən yaxınlaşdıqca başından qan axdığını hiss etdim. Birbaşa qucağıma alıb yaxınlardakı baytar xidmətinə getdik. Orada 5 dəqiqədən sonra Kalikonu qucağıma verdilər və öldüyünü söylədilər. Çox təəssüflənmişdim, çox ağlamışdım. Onu bir parçaya büküb götürdük və evimizin bağçasında basdırdıq". Gedik çıxışının davamında yaşadığı psixoloji travmadan da danışıb: "Bunu demək nə qədər doğrudur bilmirəm, amma bir ara onunla görüşəcəyəm deyə intihar etməyi belə düşündüm. Çox çətin zamanlar keçirdim". Sənətçi "Ölümsüz məhəbbət" adlı əsərini də pişiyi Kaliko üçün yazdığını bildirib. Aparıcının "Ümumiyyətlə ölümlə bağlı hissələr sevgili üçün, kişi üçün yazılır. Hətta sənin mahnını da bir nəfər üçün yazdığını düşünmüşdük" sualının cavabında sənətçi mahnısını məhz pişiyi üçün yazdığını deyib.

Proqramı izləyənlər Ömür Gedikin intihar ritorikasına twitterdən və instagramdan reaksiya veriblər.

Şərh bildirənlərin əksəriyyəti buna görə sənətçini qınayıblar: "Bu qədər şəhidimiz var, Ömür Gedikin pişiyi üçün yas tutub mahnı yazması sizcə uyğundurmu?! O zaman Fəth Sekin başda olmaq üzrə bütün şəhidlərimizin arxasından da ölmək istəsin və mahnı yazsın!"; "Heyvan sevgisi çox gözəldir, ancaq onlar yalnız qarınlarını doyduranda yaşaya bilirlər. Ömür xanım neçə uşağa baxır görəsən?"; "Belə absurd insanları televiziyaya gətirməyin, intihar etməyi düşünmək nədir, rəsmən uşaqlara pis örnekdir. Getsin bir az da küçədə yaşayan, kimsəsiz ac-susuz ölən insanlara gəzib ağlasn".

Belə sərt reaksiyalara rəğmən heyvanlara olan sevgisinə görə sənətçiyə dəstək çıxanlar da olub:

"Ömür Gedik sizlə ürəkdən şərikəm. Heyvanları insanlardan öndə tutmuram, bütün canlıları bir tuturam qucağında isti bir cəsəd hər neyinsə... ya insan, ya da heyvan, bütün canlılar..."; "Lütfən oxuyun qızlar, Ömür xanım çox şirin bir insan və belə insandan qorxulmaz. Heyvan sevən insan kimsəyə zərər verməz, çünki heyvanı belə incitməz"; "Ömür Gedikin nələr hiss etdiyini çox yaxşı anlayıram, heyvanlara deyil insanlara üzülünn deyən o insanlar bütün canlılar üçün eyni üzüntü və qayğı göstərsə, bu gün dünya belə olmaz idi.Sevgi və hörməti bütün canlı varlıqlar hakk edir. BU heyvan, bu bitki deyə ayrılmaz, dünya üzündə varlığını hiss etiren hər şeyə hörmət duyulmalıdır. Hayvanlara əziyyət və işgəncə edən insanlardan hər cür pisliyi gözləyin".(moderator.az)

Politika.Az



Oxunub: 340


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il