Düşmən əsgərimizin cəsədini qaytarmaq üçün siyasi şərt irəli sürməyə başladı

Düşmən əsgərimizin cəsədini qaytarmaq üçün siyasi şərt irəli sürməyə başladı
Beynəlxalq Qırmızı Xaç Komitəsi erməni tərəfinə müraciət edərək dekabrın 29-da Ermənistanla sərhəddə baş vermiş toqquşmalar zamanı həlak olan və cəsədi düşmənin nəzarətindəki ərazidə qalan Azərbaycan əsgəri Çingiz Qurbanovun cəsədinin qaytarılmasını istəyib

Lakin erməni tərəfi bildirib ki, sərhəddə baş verənlərlə bağlı hansısa istintaq aparılır və bu səbəbdən cəsədin ekspertizası həyata keçirilir. Ekspertiza başa çatmadan cəsədin qaytarılmasından söhbət gedə bilməz.

Üstəlik erməni tərəfinin daha bir alçaqlığı ortaya çıxıb. "Aykakan jamanax” qəzetinin yazdığına görə erməni tərəfi Beynəlxalq Qırmızı Xaç vasitəsilə çatdırıb ki, əgər Azərbaycan Ermənistan ərazisinə hücum faktını təsdiq edib "günahını boynuna alsa” əsgərin cəsədinin qaytarılması sürətlənəcək.

Bu, Ermənistan hakimiyyətinin beynəlxalq müharibə qanunlarını və insanlıq normalarını necə həyasızcasına tapdaladığını bir daha ortaya qoyur. Və belə vəziyyətdə düşmənlə onun başa düşdüyü dildə danışmaqdan başqa yol qalmır.(virtualaz.org)

Politika.Az



Oxunub: 1045


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il