“Qəddafi həyatdadır, gizli yerdə yaşayır" - Sensasiya

“Qəddafi həyatdadır, gizli yerdə yaşayır"
2014-cü ildə Misir və İranın, eləcə də, başqa dövlətlərə aid media orqanlarının yazdığı məlumata görə, 2011-ci ilin payızında xalq tərəfindən linç edilən sabiq Liviya lideri Muəmmar Qəddafi əslində öldürülməyib. Həmin görüntülər də qabaqcadan hazırlanan ssenarinin tərkib hissəsidir. 2014-cü ildə Misirin “Əl Mari el Yavm” qəzetində yayımlanan yazı rezonans yaratmışdı

Politika.Az
moderator.az-a istinadən xəbər verir ki, qəzetin əməkdaşı Əsəd Əbu Qaylanın araşdırmaları əsasında yazılan yazıya görə, Qəddafi məşhur görüntülərdəki şəxs deyil, linç edilən onun oxşarı olub. Diktatorun özü isə Liviyaya yaxın olan Afrika ölkələrinin birində gizli həyat yaşamaqdadır. Müəllifin o zaman yazdığı məlumatlara əsasən, NATO-nun Liviyaya etdiyi hücum nəticəsində ayağından yaralanan Qəddafi həmin ölkədə sağlamlığına da qovuşub.

O illərdə Qəddafinin xanımı Safiyə Rusiya radiosu vasitəsilə ərinin və onunla birgə linç edildiyi deyilən kiçik oğlunun nəşini Liviya hökumətindən tələb etdi. Bunun da əsas səbəbi Qəddafinin öldürülməməsi ilə bağlı ortada gəzən şayiələr idi.
Bugünlərdə ərəb mətbuatı həmin versiyanı gündəmə gətirib. Qəddafinin və kiçik oğlunun nəşinin dəqiq harada dəfn olunduğu bilinmir. Bir versiyada onun Benqazi yaxınlığındakı anadan olduğu kənddə dəfn edildiyi deyilir. Məhz bu versiyaların çoxluğu ərəb mətbuatını bu cür yazılar yazmağa sövq edib.

Politika.Az



Oxunub: 4407


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il