“Vətəndaşın əsəblərini tarıma çəkən o yaman əllər kəsilməlidir”

“Vətəndaşın əsəblərini tarıma çəkən o yaman əllər kəsilməlidir”
Tanınmış iqtisadçı ekspert, millət vəkili Vahid Əhmədov ölkə əhalisini narahat edən ən aktual problemlərdən biri haqqında maraqlı fikirlər səsləndirib:

“Biz yalnız bank sistemində rəhbərliyi dəyişməklə ölkənin yaman gündə olan bank sistemindəki vəziyyəti dəyişə bilmərik. Təsəvvür edin, qara bazarın meydan sulamasına görə kimlərisə işdən çıxardılar. Amma bu gün də qara bazarda vəziyyət acınacaqlı olaraq qalır. İnsanlar xaricə gedərkən dollar tapa bilmirlər. Hər gün mənə onlarla müraciət olur ki, övladımı xaricə müalicəyə aparmaq istəyirəm, amma dollar tapmıram və ya digər bu kimi çoxsaylı müraciətlər olur. Amma vətəndaş çıxılmaz durumda qalır. Axı niyə? Kimdir bunları yaradanlar? Vətəndaşın əsəblərini tarıma çəkən o yaman əllər kəsilməlidir. Mərkəzi Bank, Neft Fondu və digər mənbələrdən banklar külli miqdarda dollar əldə edir. Bəs hara gedir o pullar? Niyə açıq satışa çıxarıb vətəndaşlara vermirlər? Yeri gəlmişkən, mən hüquq-mühafizə orqanlarına səslənirəm ki, onlar bu məsələdə araşdırmalarını daha dərindən aparsınlar və bu vəziyyəti yaradanları xalqın gözü önündə cəzalandırsınlar. Yoxsa kimlərsə əyri yollarla külli miqdarda pullar qazansın, günlərin birində də ona desinlər ki, sən düz işləməmisən, gəl çırpışdırdıqlarını da götür çəkil kənarda bala-bala ye. Axı belə olmamalıdır. Bu əməlləri törədənlər cəzalanmalıdır ki, hamıya görək olsun”. (moderator.az)

Politika.Az



Oxunub: 844


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il