Flora Kərimovadan Zeynəb Xanlarovaya ittiham: “Mən onun üçün Nisə Qasımova deyiləm” - Qalmaqal

 “Mən onun üçün Nisə Qasımova deyiləm”
Müğənni: “O, hər kəsin bildiyi “Şəki əhvalatı”nı açıqlayacağımdan qorxdu”

Xalq artisti Flora Kərimovaya bütün televiziyalar efir qadağası qoyub.

Bu barədə musavat.com-a danışan xalq artistinin sözlərinə görə, efir qadağasının səbəbi həmkarı Zeynəb Xanlarova haqqında dediyi fikirlər olub: “Hər yerdə mənə qadağa qoyulub, keçmişdəki kimi... Zeynəb Xanlarova unudur ki, mən ona Nisə Qasımova deyiləm ki, Azərbaycandan illərlə didərgin etsin. Mənim bu millətə torpağa haqqım var. Açıq sözə, fikrimə görə qorxmadan hansısa addım atmağa haqqım var. O haqqımı Zeynəb deyil, Zeynəbin Zeynəbi gəlsin, əlimdən ala bilməz. Mənim dilimdən onun mərhum prezident Heydər Əliyevə qarşı olan etibarsızlığı açıqlanandan sonra televiziya kanalları mənə efir qadağası qoyub. Bu yolla kolda gizlənib, özgənin əli ilə məni susdurmaq istədi. O, həqiqətdən qorxdu. Bir də hər kəsin bildiyi “Şəki əhvalatı”nı açıqlayacağımdan qorxdu.

Məni susdurmağa ordenləri yan-yana düzən Zeynəbin də gücü çatmaz. Nahaq yerə belə etdi, mindirdi məni cin atına... Haralarasa yuxarılara dırmaşıb. Onlar da ya Mətbuat Şurasına dırmaşıb, ya da hansısa bir yuxarılara... Amma dəxli yoxdur, məni susdura bilməz. Oturmuşdum, bir kənarda... Siyasətdən çoxdan gedən bir insanı cin atına mindirməsin”.

Xatırladaq ki, ötən ilin yayında xalq artisti Flora Kərimova həmkarı Zeynəb Xanlarova haqqında ağır ittihamlar səsləndirmişdi.

Politika.Az



Oxunub: 2745


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il