Yaxın günlərdə TQDK tam ləğv olunacaq - DİM

Yaxın günlərdə TQDK tam ləğv olunacaq
“Yaxın 2-3 həftə ərzində DİM-in strukturunun formalaşdırılması başa çatdırılacaq”

Politika.Az
xəbər verir ki, Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (DQMK) və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) ləğvi prosesi tam başa çatıb.

Dövlət İmtahan Mərkəzindən (DİM) APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Ləğvetmə Komissiyası dünən işini yekunlaşdırıb.

“Yaxın 2-3 həftə ərzində DİM-in strukturunun formalaşdırılması başa çatdırılacaq”, – deyə qeyd olunub.

Qeyd edək ki, ötən ilin noyabrında DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə DQMK və TQDK-nın ləğvi ilə bağlı Ləğvetmə Komissiyasının yaradılması haqda əmr imzalayıb.

Xatırladaq ki, DİM ötən il oktyabrın 19-da dövlət qeydiyyatına alınıb. Azərbaycan prezidenti İlham Əliyev 2016-cı il aprelin 11-də DİM-in yaradılması haqqında fərman imzalayıb. Fərmanda müəyyən edilib ki, DİM dövlət qeydiyyatına alındığı andan DQMK və TQDK ləğv edilir, onların istifadəsində olan dövlət əmlakı DİM-in balansına verilir.

Politika.Az



Oxunub: 733


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il