"Buna görə məsuliyyəti var..." - SOCAR-ın vitse-prezidentindən sərt xəbərdarlıq

"Buna görə məsuliyyəti var..."
"Bir neçə elektron kütləvi informasiya vasitələri heç bir əsası olmayan, məsuliyyətsiz, əsassız və yalan məlumat yayaraq mənim guya ki, istintaqa cəlb olunmağımla bağlı işgüzar fəalyyətimə, şərəfimə və ləyaqətimə xələl gətirə biləcək məlumat yayıblar. Guya ki, mən Baş Prokrurluğun Ağır Cinayətlərə dair İşləri üzrə İstintaq İdarəsində istintaqa cəlb olunmuşam..."

Politika.Az
xəbər verir ki, bu sözləri SOCAR-ın vitse-prezidenti Xaliq Məmmədov Feysbuk-dakı səhifəsində bildirib.

Onun sözlərinə görə, bu xəbəri yayan informasiya vasitələrinin rəhbərlərini, yazının müəllifini məsuliiyətə çağırır, onların yoxlanılmamış məlumatı yaymaqda hansı hüquqa zidd hərəkət etdiklərini özlərinə xatırlatmaq istəyirəm:

"Yəqin ki, jurnalist, bununla bağlı istintaq aparan orqandan həqiqəti öyrənməli və sonra ictimailəşdirməli idi. Bu, onun borcudur və buna görə məsuliyyəti var.

Tutduğm mövqeyə və daşıdığım vəzifə öhdəliklərinə görə, mən, jurnalistlər üçün həmişə açıq olmağa çalışmış və onların suallarını cavablandırmağa çalışmışam. Bu xəbərlə bağlı isə mənə heç kim müraciyət etməmişdir....

Düşünürəm ki, bu xəbəri çap edənlər, onu saytlarında yayanlar hüquqi məsuliyət və cavabdehlikdən xəbərsiz deyillər. Ona görə də sayıram ki, jurnalist etikasına yaraşmayan və məhkəməyə gətirib çıxarda biləcək bu hərəkətlərindən çəkinsinlər....

Mən hal hazırda növbəti əmək məzuniyyətindəyəm və tam təsadüf üzündən bu xəbəri oxumuşam. SOCAR Mətbuat xidməti bununla bağlı açıqlama vermişdir, çox sağ olsunlar....".

Politika.Az



Oxunub: 874


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il