ANS-in prezidenti də Mehman Hüseynovun müdafiəsinə qalxdı

ANS-in prezidenti də Mehman Hüseynovun müdafiəsinə qalxdı
Lisenziyası ləğv edilən “ANS Müstəqil Yayım və Media” Şirkətinin prezidenti Vahid Mustafayev də tanınmış blogger mehman hüseynovun müdafiəsinə qalxıb

Politika.Az
-ın gununsesi.info-ya istinadən məlumatına görə o, özünün “Facebook” səhifəsində bununla bağlı status yazıb.

Tanınmış telejurnalistin statusunu olduğu kimi təqdim edirik:

“Çox təəssüf edirəm ki, bizim, uğrunda vuruşduğumuz doğma Azərbaycanımızda Mehman Hüseynovun başına gələn hadisə yer alıb.

Adam itir, sonra tapılır… Mən Mehman Hüseynovu şəxsən tanımasam da, sosial şəbəkədən onun “Rembo” və ya “Komandos” olmadığının şahidi oldum. Axı niyə bu gəncə qarşı səkkiz nəfər maskalı adam əməliyyat aparmalı idi, niyə bunu şəffaf şəkildə yaxınlaşıb, vəsiqə təqdim edərək bölməyə dəvət etmək olmazdı…

Ola bilər ki, kimsə nəyisə anlamasın… Bunun üçün hər bir sivil cəmiyyətdə olduğu kimi, bizim Azərbaycanda da ziyalılarımız və aydınlarımız var, həmin hadisədə iştirak edənlərin müəllimləri və valideynləri var.

Yadımdadır, dostum Mir Şahin 1992-ci ildə ANS-in proqramlarının birində liftə minməyə tələsənlərə bir sual vermişdi: “Cənablar, deməzsiniz, bu lift yuxarı gedir, ya aşağı?”. Elə-belə yadıma düşdü…”.

Politika.Az



Oxunub: 10739


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il