İqtidarda “B” planı: “Yol Xəritəsi”nin cızığından çıxan kimlərin başı gedəcək? - Özəl siyahı

 “Yol Xəritəsi”nin cızığından çıxan kimlərin başı gedəcək?
İqtidar düşərgəsində yeni proseslər cərəyan edir. Hakim komandanın içərisində “Strateji Yol Xəritəsi”nə dəstək verən və ona qarşı gedən qüvvələr müəyyənləşdirilir.

Bu barədə Politika.Az-a hakimiyyətdəki mötəbər mənbədən daxil olan xəbərdə deyilir.


İqtidardakı qruplaşmalar arasında gedən mübarizədə prezidentin islahatlar paketinə kimlərin düşmən mövqedə dayandığı təsbit edilir.

Mənbənin sözlərinə görə, həmin kadrların iqtidardan uzaqlaşdırılması üçün münbit şərait yaranıb. “Yol xəritəsi”nin cızığından çıxanların cəzalandırılması nəzərdə tutulur.

Son dövrlərdə diqqət çəkən nüans budur ki, Meliorasiya və Su Təsərrüfatı ASC sədri Əhməd Əhmədzadə, Standartlaşdırma, Meterologiya və Patent Komitəsi sədri Ramiz Həsənov, Dəmir Yolları QSC sədri Cavid Qurbanov, nəqliyyat naziri Ziya Məmmədov, səhiyyə naziri Oqtay Şirəliyev böhranla mübarizədə öz sahələri üzrə hər hansı addım atmır.

Qaynağımız qeyd edir ki, Prezident Administrasiyasının bu siyahısını təhsil naziri Mikayıl Cabbarov, “Azəravtoyol” ASC sədri Saleh Məmmədov, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev uzadır.

O cümlədən Lənkəran, Gəncə, Mingəçevir, Quba, Şəki, Sumqayıt, Bakının mərkəzi rayonlarının icra hakimiyyəti başçılarından ciddi narazılıq var. Böyük regionların qubernatorları böhrana qarşı mübarizəyə təkan vermək əvəzinə yaxasını kənara çəkib.

Politika.Az-a hakimiyyətdəki mötəbər mənbədən daxil olan xəbərdə deyilir ki, prezidentin “Strateji Yol Xəritəsi” çox mühüm plandır. Hakimiyyət 2017-ci iilin ortalarına qədər müsbət nəticələr əldə etməyi planlaşdırıb.

Amma bürokratik əngəllər yaradan, monopoliyaya səbəb olan, maliyyə sabitliyini pozan, büdcə vəsaitlərini yenə də talayan məmurlar tormozlayıcı fəaliyyətini davam etdirir.

Artıq sistemli addımlarla bərabər fiqurların da dəyişməsinin zamanıdır. Çünki bu komandada bəzi nazirlər var ki, həmin “xəritə”ni də öz mənfəəti üçün istifadə edəcək.

Bu nazirlər ölkənin sərvətlərini talamaqla və milyonları oğurlamaqla varlanıb, oliqarx-biznesmenlər kimi həyat yaşayır.

Onlarla isveçli, hollandiyalı nazirlərin arasındakı fərqi məhz korrupsiya fəaliyyəti ilə məşğul olmaları, büdcə pullarının silməliridir.

Ona görə də hakimiyyətin siyasətinə, prezidentin mühüm islahatlarına qarşı gedən həmin nazirlər “xəritə”dən də kənara çıxacaqlar. Onların əksəriyyəti Nazirlər Kabinetində tormozlayıcı qüvvələrdir.

Politika.Az



Oxunub: 5034


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il