İlham Əliyev ən böyük ziyankarı işarə verdi: bu banklar da bağlanır - Şok siyahı

 bu banklar da bağlanır
“Bank sektorun təmizlənməsi, sağlamlaşdırılması, şəffaflaşması, beynəlxalq standartlara uyğunlaşması istiqamətində bu il də ciddi addımlar atılacaq”.

Politika.Az xəbər verir ki,
bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

O bildirib ki, keçən il bank sektorunun sağlamlaşdırılması istiqamətində önəmli addımlar atılıb, nəzarət gücləndirilib, şəffaflıqla bağlı tədbirlər görülüb, cəza tədbirləri, inzibati tədbirlər görülüb:

“Bizim iqtisadiyyatımıza ən böyük zərbə vuran bank sektoru olub. Ona görə, bu sektorun təmizlənməsi, sağlamlaşdırılması, şəffaflaşması, beynəlxalq standartlara uyğunlaşması istiqamətində bu il də ciddi addımlar atılacaq. Qanunu pozan şəxslərə qarşı bundan sonra da ciddi mübarizə aparılacaq”.

İ.Əliyev bu çıxışı ilə ölkə iqtisadiyyatına ən böyük zərbəni vuran sektoru işarə verdi. Bir daha məlum oldu ki, banklar həm dövlətin maliyyə siyasətinə, həm xalqa zərər verib.

Təkcə 2016-ci ilin sonuna qədər 13 bank fəaliyyətini dayandırıb. Onların işi heç də bank sektorunun inkişafına dəstək olmayıb. Odur ki, mövcudsuzluğu də nəyisə dəyişmir.

Dövlət başçısının sözlərindən aydın olur ki 2017-ci ildə bank sektorunun tənzimlənməsi intensivləşəcək və daha bir neçə bank bağlanacaq.

Politika.Az xəbər verir ki, əhalinin kütləvi şəkildə şikayətləndiyi banklar var. Onların barəsində mətbuatda tez-tez şikayət məktublarına rast gəlmək olar. Ölkə rəhbərliyinə də həmin bankların fəaliyyətindən müraciətlər ünvanlanır. Artıq dövlət rəhbərliyi siyahı tərtib etməyə hazırlaşır

Bu müəssisələr - “Unibank”, “Bank of Baku”, “Nikoilbank”, “Access Bank”, “VTB” və “BankRespublika”dır. Həmçinin, “Rabitəbank”, “Muğanbank”, “Əmrahbank”, “Yapıkredi bank”, “Azərtürk bank” vətəndaşları divara dirəyib.

Bankların dollar satışını dayandırması böyük panika yaradıb. Əhali arasında çaşqınlıq, təşviş və çaxnaşma yaradan banklar bu situasiyadan da mənfəətlə çıxmağa hazırlaşır.

MB İdarə Heyətinin sədri Elman Rüstəmovun susqunluğu deməyə əsas verir ki, özəl banklar qərarları verməkdə sərbəstdir. Bu bankların isə hansı nazir və məmurların himayəsində olduğu ictimaiyyətə məlumdur.

Ölkənin bank sektorunda elə bir müəssisə qalmayıb ki, vəzifəli şəxs tərəfindən idarə olunmasın. Onların fəaliyyəti isə xalqı soymağa, yüksək faizlərlə müflis etməyə, kredit bataqlığında boğmağa yönəlib.

Deputat Vahid Əhmədov vurğulayıb ki, bu gün bank sistemində yalnız hansısa bankın rəhbərliyini dəyişməklə məsələnin həll olunduğunu düşünmək olmaz:

“Bank rəhbərliyini dəyişməklə məsələnin bitmiş olduğunu hesab edirik. Amma bu belə deyil. Onların hamısı məsuliyyətə cəlb olunmalıdır.

Çünki onlar insanları incidirlər, yüksək faizlə kredit verirlər. İnsanlar bankların qarşısında dayanmamalıdır. Banklar gedib insanlara yalvarmalıdır ki, gəlin kredit götürün. Bu sistemi tamamilə dəyişmək lazımdır”.

Politika.Az



Oxunub: 27160


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il