“Qara bazar”da müvəqqəti ucuzlaşma: dolları ajiotajını kimlər yaradır? - Sensasion adlar

 dolları ajiotajını kimlər yaradır?
“Qara bazar”da dollar ucuzlaşıb

Politika.Az xəbər verir ki,
Mərkəzi Bankda keçirilmiş hərracda banklara dollar satışının artırılması qiymətlərin aşağı düşməsinə səbəb olub.

Bakıda qanunsuz valyuta ticarətçiləri tərəfindən 1 dolların 1.87 -1.88 manata alındığı 1.90 manata satıldığı bildirilir. Bundan əvvəl dollar 1.92-1.94 manata satılırdı.

Adətən qiymətlərin Bakı ilə müqayisədə aşağı olduğu Gəncənin “qara bazar”larında dollar 1.85-1.86 manatdan alınır. Hərracda banklara dollar satışının artırılmasına baxmayaraq rəsmi məzənnə dəyişmədi.

Banklar dolların alış qiymətini aşağı salsalar da, satış qiymətini dəyişməyiblər. Həmçinin banklar dollar satışını bərpa etməyiblər.

“Qara bazar”da qiymətlərin aşağı düşməsi ajiotaj ilə əlaqələndirilir. Əgər banklar dollar satışını bərpa etməsə “qara bazar”ın yenidən dolları qaldıracağı gözlənilir.

Politika.Az-ın araşdırması zamanı bu bazarı kimlərin idarə etdiyi üzə çıxıb.

Məlum olub ki, Mərkəzi Bank sədri Elman Rüstəmov, müavini Aftandil Babayev, "DəmirBank" ASC-nin İdarə Heyətinin sədri Roman Əmircanov, Beynəlxalq Bank rəhbərliyi və başqa oliqarxlar məqsədli şəkildə ajiotaj yaradır.

Bu şəbəkəyə “Muğanbank”, ““Access Bank” rəhbərliklərinin də qoşulduğu deyilir. Dövlət Təhlükəsizlik Xidməti var gücü ilə bu bazara qarşı mübarizə aparsa da, inhisarçı əllər banklardakı dolları qara bazara ötürməkdədir.

Hökumət tam devalvasiya ilə maliyyə sabitliyinin mərhələli şəkildə yaranacağını hesablayıb. Lakin hesablanmayıb ki, bu qərar xarakiri etməkdir və cəmiyyəti zərbə altında qoymaqdır.

Siyasi hakimiyyətə qarşı iqtisadi hakimiyyətin provokativ planları de-şifrə olunarsa növbəti dalğada daha iri fiqurların başının gedəcəyi dəqiqdir

Ölkədə növbəti dəfə dollar ajiotajı və defisiti yaradan qüvvələr ən ağır şəkildə cəzalandırıla bilər. Onların hökumətin valyuta siyasətinə kənar müdaxiləsi və qara bazar inhisarçılarının təsiri müşahidə olunur.

Əhalinin dollar tələbatını süni şəkildə ödəməyən və qıtlıq yaradan bank mafiyası iqtisadi böhrandan mənfəətlə çıxmağa hazırlaşır.

Bununla bağlı verilən məlumata görə, dollar siyasətində yeni kombinasiyalar planlaşdırılır. Bu iqtisadi qurama Mərkəzi Bankın "mətbəxində” hazırlanır və tətbiqi üçün bank mafiyasına daxil olan müəssisələrə ötürülür.

Politika.Az



Oxunub: 3920


Loading...




Fikirlər


Şərh müəllifi: politika.az                 Tarix: 12 yanvar 2017 09:46                 [ Cavabla ]
“Qara bazar”da müvəqqəti ucuzlaşma: dolları ajiotajını kimlər yaradır? - Sensasion adlar

"DəmirBank" ASC-nin İdarə Heyətinin sədri Roman Əmircanov...?

                        

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il