"Milli Məclis icra başçılarının, polis rəislərinin, məhkəmə sədrlərinin "tupoy" övladları ilə doldur..." - Deputat əsəbləşdi

"Milli Məclis icra başçılarının, polis rəislərinin, məhkəmə sədrlərinin "tupoy" övladları ilə doldur..."
“Bugünlərdə parlamentə, millət vəkillərindən biri ilə (o, həm də parlamentin müvafiq komitələrindən birinin sədr müavinir) müsahibəyə getmişdim. Müsahibə zamanı birdən həmin millət vəkilinin yadına nəsə düşdü, daha doğrusu, ona nəsə lazım oldu və daxili telefonla komitənin işçilərindən birinə onun yanına gəlməsini xahiş etdi”

Bunu gununsesi.info-ya açıqlamasında tanınmış jurnalistlərdən biri deyib.

Onun sözlərinə görə, bir necə dəqiqədən sonra deputatın aradığı işçi-komitənin əməkdaşı qapını döymədən, salam-kəlamsız içəri daxil olub və sadəcə, “məni çağırmısınız, eşidirəm…”, deyib.

“Onun bu hərəkətindən, saymazyana davranışından da deputat “rəng verib, rəng aldı”, nə qədər büruzə verməməyə çalışsa da, alınmadı. Sonra isə “zəhmət olmasa, filan sənədi mənə gətirin”-dedi. Həmin şəxs yenə qapını açıq qoyaraq kabinetdən çıxdı. Bu isə deputatı əməlli-başlı özündən çıxardı.

“Görürsünüz də…Nə etikası, nə mədəniyyəti var…Salamsız-kəlamsız içəri girdi, qapını açıq qoydu, gedəndə yenə qapını örtmədi…Mənə hörmət etmir, sizə hörmət qoysun, sizə hörmət qoymur, heç olmasa, mənə hörmət qoysun?! Hamısı belədir… Milli Məclis icra başçılarının, polis rəislərinin, məhkəmə sədrlərinin, digər vəzifəlilərin “tupoy” övladları ilə doldur…Bunlara söz də demək olmur…

O saat aləmi qatıb-qarşıdırırlar… Bu da filankəsin oğludur…Özündən də o qədər razıdır ki…Amma mədəniyyət, etika deyilən şey yoxdur…Hamı deputatlara bəxtəvərlik verir, amma bilmirlər ki, biz belələrinin əlindən nələr çəkirik…”
-dedi.

Bir az sonra həmin işçi deputata lazım olan sənədi gətirib verib, heç nə olmamış kimi də otağı tərk etdi…Eyni hərəkətlərini də təkrarlamaqla, davam etdirməklə…”- deyə, o, daha sonra sözlərinə əlavə edib.

P.S. Saytımıza açıqlama verən jurnalistin, adıçəkilən deputatın kimliyi bizə bəlli olsa da, bəzi səbəblərdən onların adlarını açıqlamırıq. Amma deyilən faktın da doğruluğuna yüzdəyüz əminik. Amma parlamentdən bu məlumatla bağlı kimin sözü olsa, onu da işıqlandırmağa hazırıq.

Politika.Az



Oxunub: 9434


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il