“Cənab prezident, Bakı Nəqliyyat Agentliyi ilə Nəqliyyatın İntellektual İdarəetmə Sistemini ləğv edin” - milyonlar sovrulur

“Cənab prezident, Bakı Nəqliyyat Agentliyi ilə Nəqliyyatın İntellektual İdarəetmə Sistemini ləğv edin”
Bakı Nəqliyyat Agentliyi (BNA) yaradıldığı gündən heç bir dəyişiklik olmayıb. Dövlətdən böyük məbləğdə vəsait xərclənməsinə baxmayaraq, heç bir köklü yenilik yoxdur.

Eyni zamanda Nəqliyyatın İntellektual İdarəetmə Sisteminin fəaliyyəti də ictimai nəqliyyatın hərəkətində müsbətə doğru hər hansı iş görə bilmədi.

Politika.Az-ın İqtisadiyyat Şöbəsinin verdiyi xəbərə görə, bu iki qurumun ayrı-ayrılıqda fəaliyyəti büdcə israfçılığıdır.

Əvvəllər Bakıda tıxac olsa da, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin yarandığı ilk vaxtlar küçələrdə quraşdırılan monitorlarda heç olmasa tıxaclı ərazilər göstərilirdi.

Bu gün isə nə həmin monitorlar, nə də dayanacaqlarda quraşdırılan məlumat tabloları işləmir. Onun əvəzinə isə, BNA dayanacaqlara Sovet dövrünün nümunəsinə əsaslanaraq yazılı məlumatlar qoyur.

2011-ci ilin noyabr ayından intellektual idarəetmə sisteminin tətbiqinə başlanıb, sistem öncələr işləsə də, hazırda həmin sistem iflasa uğrayıb. Dayanacaqlarda quraşdırılan məlumat tabloları isə sökülməyə başlanıb.

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə indi ayrılan məbləğin böyüklüyünə baxmayaraq, sistem tam yararsız vəziyyətdə işini davam etdirir. Bu sistemin düzgün işləməsi nəqliyyatda hər şeyin qüsursuz olması demək idi.

Məsələn, hansısa yolda tıxac olarsa, dərhal avtomatik olaraq sürücülərə alternativ yol göstərilirdi. Marşrut xətlərinin qrafikdən çıxmasının qarşısı alınırdı. Hazırda bu quruma vəsait ayrılması kor-koranə olaraq büdcədən pulların xərclənməsidir.

Politika.Az-ın İqtisadiyyat Şöbəsinin verdiyi xəbərə görə, hər iki qurumun ya birləşdirilməsi ya da ləğvinə zərurət yaranıb.

Bu barədə bir qrup Bakını sakini yazıb. Onlar prezidentə müraciətdə qeyd edirlər ki, büdcəyə qənaət olunmalıdır:

“Cənab prezident, onsuz da yenə köhnə hamam, köhnə tasdır. Büdcə pulları boş yerə puça çıxarılır. Xahiş edirik ki, hər iki qurumun fəaliyyəti bir təmərküzləşsin”.

Bakı Nəqliyyat Agentliyi xalqa zülm edir; Agentliyin rəhbərliyi şəxsi avtomobildən istifadə etdiyi üçün sərnişinlərin ictimai nəqliyyatda çəkdiyi çətinliyi dərk etmir. Bakı Nəqliyyat Agentliyi rəhbəri Vüsal Kərimli əvvəl "BakuBus" MMC-nin direktor müavini vəzifəsində çalışıb.

Nəqliyyat naziri Ziya Məmmədovun Trampla bağlı ümidləri fıs çıxandan sonra nazirliyin ləğv edilməsi yenidən aktuallaşıb. Eyni zamanda “Azəravtoyol” ASC-nin də böhran dövründə izafi xərclərə səbəb olduğu deyilir.

Politika.Az



Oxunub: 3440


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il