Əli Kərimlinin Fransaya pul dalınca göndərdiyi şəxslər ölkədən deportasiya edildi

Əli Kərimlinin Fransaya pul dalınca göndərdiyi şəxslər ölkədən deportasiya edildi
Bu yaxınlarda Fransaya səfər edən “Azadlıq” qəzetinin baş redaktorunun birinci müavini Rahim Hacıyev, qəzetin yazarı Səadət Cahangir, AXCP-nin Cəlilabad rayon təşkilatının sədri Təzəxan Mirələmli və Xatirə Əliyeva bu ölkədən deportasiya edilib

Ölkə.az-ın əldə etdiyi məlumata görə, buna səbəb Rahim Hacıyev ilə “Azadlıq” qəzetinin Fransada mühacir həyatı yaşayan baş redaktoru Qənimət Zahid arasında şiddətli mübahisənin baş verməsi olub.

Belə ki, ağır maliyyə böhranında olan və çapını dayandıran “Azadlıq” qəzetinə ənənəvi formatının bərpası üçün bir neçə beynəlxalq qeyri-hökumət təşkilatı və fondu tərəfindən 175 min avro məbləğində vəsait ayrılıb. Həmin vəsaiti isə Fransada yaşayan Qənimət Zahid əldə edərək, özünün yeni təsis etdiyi “Turan TV”-yə sərf etmək üçün saxlayıb.

Ancaq həmin vəsaitin yarısını almaq üçün Rahim Hacıyev, Səadət Cahangir, Təzəxan Mirələmli və Xatirə Əliyeva ötən həftə AXCP sədri Əli Kərimlinin göstərişi ilə Fransaya yollanıb.

Əli Kərimli göndərdiyi şəxslərə təlimat verib ki, 175 min avronun ən azı yarısı Qənimətdən alınaraq, ona gətirilsin. Hətta, həmin vəsaiti Bakıya gətirmək üçün hava limanında şübhə yaranmasın deyə, pulların 4 nəfərin arasında bölünülməsi tapşırığı verilib.

Ancaq Əli Kərimli ilə Qənimət Zahid arasında mövcud olan “soyuq” münasibətlər bu məsələdə də özünü göstərib. Rahim Hacıyev Q.Zahiddən pulun yarısını istəsə də, “yox” cavabı alıb.

Q.Zahid R.Hacıyevlə söhbəti zamanı həmin pulları Əli Kərimliyə verməyəcəyini deyib. Bundan sonra onların arasında şiddətli mübahisə yaranıb. Hətta, aralarında pul üstündə yaranan mübahisə Fransada əlbəyaxa dava ilə nəticələnib. Hadisəyə Fransa polisi də qarışmalı olub.

Hadisə ilə əlaqədar Əli Kərimlinin Fransaya ezam etdiyi şəxslər polisə aparılıb, ifadələri alındıqdan sonra isə ölkədən deportasiya edilib.

Politika.Az



Oxunub: 1140


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il