Slavyan Universitetindəki skandal böyüdü: “Rektorun bu addımı tərbiyəsizlikdir” - Özəl

“Rektorun bu addımı tərbiyəsizlikdir”
“Universitetin binasının üzlüyündə olan mozaikanı sökdürən, o cür ifadələr işlədən yenə vəzifədə qaldısa, demək ondan betərini də edəcək”

Bu sözləri Politika.Az-a tanınmış hüquqşünas, vəkil Aslan İsmayılov Milli Qəhrəman Məhəmməd Həsənova Bakı Slavyan Universitetində edilən hörmətsizliyə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, universitet rəhbərliyi bu hərəkətə görə cəzalandırılmalıdır: “O adamın kimliyi (Rektor Nurlana Əliyeva-red) hamıya bəllidir, nə desəniz gözləmək olar. Universitetin binasının üzlüyündə olan mozaikanı sökdürən, o cür ifadələr işlədən yenə vəzifədə qaldısa, demək ondan betərini də edəcək.

Vəkil Politika.Az-a bildirib ki, Milli qəhrəmana qarşı bu cür münasibət hörmətsizlik yox, tərbiyəsizlikdir.

Xatırladaq ki, bu gün M.Həsənov Bakı Slavyan Universitetində xoşagəlməz mənzərə ilə rastlaşıb. Belə ki, Milli Qəhrəman universitet rəhbərliyinin göstərişi ilə içəri buraxılmayıb. O bildirib ki, xoş niyyətlə Bakı Slavyan Universitetinə gedibmiş.

“Neçə illərdir ki, Goranboy rayonunun Veyisli kənd orta məktəbində direktor işləyirəm. İstədim ki, universitetə gəlib uşaqlar üçün maraqlı nümunələr götürüm. Ona görə də vaxtilə təhsil aldığım universitetə baş çəkmək qərarına gəldim.

İndiki Bakı Slavyan Universitetinə yollandım. Amma universitetə ayaq basan kimi xoşagəlməz mənzərə ilə rastlaşdım. Mühafizə xidməti universitet rəhbərliyinə məlumat versə də, məni içəri buraxmadılar.

”Qəbul etməyin, çıxıb getsin” dedilər. Bu mənzərə mənə o qədər pis təsir etdi ki! Bilə-bilə ki, Milli Qəhrəmanam, bu universtitetin məzunu olmuşam, mənimlə insafsızcasına rəftar etdilər”.

Məhəmməd Həsənov universitetlə bağlı təhsil naziri Mikayıl Cabbarova şikayət edəcəyini deyib.


Politika.Az



Oxunub: 37588


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il