Vahid Naxışın dili açılıb... “Dəqiq, qərəzsiz və vicdanlı” ANS Mehmanın çəkdiklərini efirə niyə vermirdi? - ÖZƏL

“Dəqiq, qərəzsiz və vicdanlı” ANS Mehmanın çəkdiklərini efirə niyə vermirdi?
Vahid Naxışın dili açılıb. “Dəqiq, qərəzsiz və vicdanlı” devizini illərlə rəhbəri olduğu teleşirkətin baş şüarına çevirmiş Vahid əfəndi jurnalistlərin hüquqlarının təəssübünü çəkməyə başlayıb.

Onun ampluası siyasi spekulyasiya ilə qoşa addımlayır. ANS-in fəaliyyətinin dayandırılmasından sonra şirkətin prezidenti ifadə azadlığının carçısı kimi çıxış etməkdədir. Vahid bəy, harda idiniz? Nə edirdiniz?

***

Əminliklə söyləmək olar ki, ANS fəaliyyət göstərdiyi dövrdə bloqqer Mehman Hüseynovun məlum hadisəsi baş versəydi, Vahid Naxış nə Feysbukda status yazacaqdı, nə xəbər blokunda 30 saniyəlik süjet yayımlanacaqdı.
“Dəqiq, qərəzsiz və vicdanlı” ANS Mehmanın çəkdiklərini efirə niyə vermirdi?
Amma indi dil-dil ötən ANS prezidenti “icazəli qəhrəmanlıq”ın nə olduğunu gözəl bilir. Onu da bilir ki, ANS həmkarlarına qarşı sui-qəsd, qəsb, işgəncə, döyülmə, həbs, təhdid olan illərdə həmişə susub, üstündən sükutla keçib, nəinki müdafiəsinə qalxıb.
“Dəqiq, qərəzsiz və vicdanlı” ANS Mehmanın çəkdiklərini efirə niyə vermirdi?
Nə zaman ANS efirində haqqı pozulmuş jurnalistin yaxud mətbu orqanın müdafiəsi üçün veriliş yayımlanıb? Lakin bloqqer Mehman işində Vahid Naxış şirə dönür.

***

Yaxın keçmişdir axı?! Sizi yaxşı tanıyırıq, hörmətli ANS rəhbərliyi...Bu o zaman idi ki, efirdə tərifnamələr eninə-uzununa döşənirdi. AzTV yalançı olmuşdu...

Tamaşaçının ikrah hissini görmək üçün kameranı xalqa tuşlamaq lazım idi. Amma siz xalqın əleyhinə döşəyirdiniz, xalqa arxa çevirib problemlərinə göz yumurdunuz.
“Dəqiq, qərəzsiz və vicdanlı” ANS Mehmanın çəkdiklərini efirə niyə vermirdi?
Hamı sizə ağız büzürdü, hamı Mir Şahinin bahalaşmaya haqq qazandırmasına bilmirdi ki, lənət yağdırsın yoxsa daşqalaq etsin. Nə tez unutdunuz bu fəaliyyətinizi?
Hörmətli Vahid əfəndi, siz unuda bilərsiniz, biz yox. Çünki ölkənin ən ağır bəlalarını dilə gətirəndə, yazanda siz görmədən gəlirdiniz. Ən axırıncı yol idi sizinki - Tarif Şurasının bahalaşma qərarlarına bəraət qazandırırdız. Mətbuatın ən ağır günündə yanında olmayan ANS rəhbərliyi telekanalın fəaliyyətinə xitam veriləndən sonra Mehmanın hüquqlarına qahmar çıxır. Siz Mehmanın çəkdiyi görüntüləri ANS efirində verə bilirdinizmi? - Əsla...

***

Vahid Naxış yazır: “Çox təəssüf edirəm ki, bizim, uğrunda vuruşduğumuz doğma Azərbaycanımızda Mehman Hüseynovun başına gələn hadisə yer alıb.

Adam itir, sonra tapılır… Mən Mehman Hüseynovu şəxsən tanımasam da, sosial şəbəkədən onun “Rembo” və ya “Komandos” olmadığının şahidi oldum. Axı niyə bu gəncə qarşı səkkiz nəfər maskalı adam əməliyyat aparmalı idi, niyə bunu şəffaf şəkildə yaxınlaşıb, vəsiqə təqdim edərək bölməyə dəvət etmək olmazdı…
“Dəqiq, qərəzsiz və vicdanlı” ANS Mehmanın çəkdiklərini efirə niyə vermirdi?
Ola bilər ki, kimsə nəyisə anlamasın… Bunun üçün hər bir sivil cəmiyyətdə olduğu kimi, bizim Azərbaycanda da ziyalılarımız və aydınlarımız var, həmin hadisədə iştirak edənlərin müəllimləri və valideynləri var.
“Dəqiq, qərəzsiz və vicdanlı” ANS Mehmanın çəkdiklərini efirə niyə vermirdi?
Yadımdadır, dostum Mir Şahin 1992-ci ildə ANS-in proqramlarının birində liftə minməyə tələsənlərə bir sual vermişdi: “Cənablar, deməzsiniz, bu lift yuxarı gedir, ya aşağı?”. Elə-belə yadıma düşdü... “

***

Əlbəttə, nə bu sətirləri yazarkən, nə Politika.Az bloqqerin başına gələnləri şərh etmir. Məhkəmə, qanun, istintaq var, Mehmanın işgəncəyə məruz qalıb-qalmadığı araşdırılacaq.

Elə ona görə də bu barədə göstəriş verilib. Biz iddia etmirik ki, işgəncə verilib ya verilməyib. Qoy bu məsələ hüquqi müstəvidə araşdırılsın.
“Dəqiq, qərəzsiz və vicdanlı” ANS Mehmanın çəkdiklərini efirə niyə vermirdi?
Fəqət, bu olayda Vahid Naxışın fikirləri Daxili İşlər Nazirliyi sistemini hədəfə almaqla ümumi fon yaratmaqdır. Azərbaycan polisi ANS-in qapısında gecə-gündüz yatmayıb keşik çəkib.

Həmçinin, DİN-nin fəaliyyəti barədə efirdə vaxtaşırı müsbət tonda materiallar yayımlanıb. Elə ki ANS bağlandı, Vahid bəy istipress.com saytında və Feysbuk profilində cuşə gəldi.

V.Naxışın isə bəzi nüanslara diqqət etməsi mütləqdir: əvvəla ölkəmizdə sabitlik, əmin-amanlıq var. Eyni zamanda cinayətkarlığa qarşı amanasız mübarizə gedir, törədilən cinayətlər operativ şəkildə isti izlərlə açılır. Habelə, “yol terror”u son illərlə müqayisədə kəskin şəkildə azalıb.

***
Digər nazirliklərdən fərqli olaraq tez-tez yer dəyişmələr edilir, adi şikayətlərə dərhal reaksiyalar verilir. Başqa nazirlərdən fərqli olaraq, cənab nazir Ramil Usubov yerlərdə vətəndaşları iki gün qəbul edir.
“Dəqiq, qərəzsiz və vicdanlı” ANS Mehmanın çəkdiklərini efirə niyə vermirdi?
Nazir qəbula gələnlərin problemini həll edir. Digər nazirliklərdən fərqli olaraq, Daxili İşlər Nazirliyində serjantı belə nazir özü seçir, vəzifə və tapşırıqlarını xatırladır.

Üstəlik, təhlükəsizliyimizi qoruyan yol polis xidmətində hansısa əməkdaşın qanunsuz hərəkəti olubssa dərhal işıqlandırılıb və dərhal da nazir tərəfindən həmin polis işçisi cəzalandırılıb. Halbuki, MTN vəzifəlilərinin qanunsuzluqların dərc edə bilmirdik.
“Dəqiq, qərəzsiz və vicdanlı” ANS Mehmanın çəkdiklərini efirə niyə vermirdi?
Çünki bilirdik ki, DİN istənilən şikayət və ya problem olan kimi həssas yanaşıb tədbir görəcək. V.Naxışı hardasa anlamaq olar. Çünki cənab nazir Ramil Usubov Türkiyə səfərində FƏTÖ ilə mübarizə aparıldığını vurğulamışdı.

***

R.Usubov ANS telekanalının bağlanmasından söz açmışdı: “15 iyul tarixindən sonra bir sıra qəzetlər, ANS telekanalı və digər qurumlar bu pozuculara dəstək verdiyinə görə qapadılıb. Bu işlər hazırda da davam etdirilir”.

Həəə...bu mənada Vahid Naxışın yaddaşı güclüdür, ammayaxın keçmişdə nələr etdiklərini xatırlamaq üçün yaddaşı korşalıb, mühüm hadisələri yadırğayıb.

Biz onun yadına salaq: Ramil Usubov daxili işlər naziri təyin olunduğu 1995-ci ildə gənc Azərbaycan dövləti çox çətin xarici və daxili problemlərlə üz-üzə qalmışdı. Təcavüzkar Ermənistanla atəşkəs imzalansa da, atəşkəs rejimi olduqca həssas idi.
“Dəqiq, qərəzsiz və vicdanlı” ANS Mehmanın çəkdiklərini efirə niyə vermirdi?
Rusiyanın Azərbaycana qarşı açıq təzyiqləri ölkəni faktiki iqtisadi blokada vəziyyətinə qoymuşdu. Şimali Qafqazda vəziyyət çox gərgin idi və bu Azərbaycanın şimal rayonlarının kriminogen durumuna çox ciddi təsir edirdi.

Gürcüstanda xaos hökm sürürdü və bu şərait də Azərbaycanın Qərb rayonlarındakı kriminogen vəziyyətə öz təsirini göstərirdi. İranla sərhədin demək olar ki, açıq olması qaçaqmalçıların, narkotik ticarətçilərinin meydan sulamasına imkan verirdi.

***

Sərhəd qoşunlarının formal mövcud olduğu, təhlükəsizlik orqanlarının öz vəzifəsinin öhdəsindən gəlməyə çətinliklə qadir olduğu həmin 90-cı illərin ortalarında bütün bu vəzifələrin öhdəsindən gəlmək qeyri-rəsmi şəkildə polisin üzərinə qoyulmuşdu.
“Dəqiq, qərəzsiz və vicdanlı” ANS Mehmanın çəkdiklərini efirə niyə vermirdi?
Ramil Usubov daxili işlər naziri təyin olunanda Daxili İşlər Nazirliyi sərhəd pozucuları ilə mübarizədən tutmuş Azərbaycanda təxribat yaratmaq istəyən qüvvələrə qarşı mübarizənin bütün ağırlığını öz peşə -vəzifə öhdəlikləri ilə bərabər, bunları da prioritet kimi öz üzərlərinə götürmək məcburiyyətində qalmışdı.
“Dəqiq, qərəzsiz və vicdanlı” ANS Mehmanın çəkdiklərini efirə niyə vermirdi?
Onu yaxından tanıyanlar bu polis zabitinin peşəkar əməliyyatçı olmağı ilə yanaşı, istedadlı təşkilatçı və öz qərarlarının icrasını təmin etmək üçün dəmir iradəyə malik olduğunu bildiklərindən Heydər Əliyevin bu seçiminin uğurlu olacağına inanırdılar.

Zaman bu cür fikirləşənlərin haqlı olduğunu təsdiqlədi.


Xəyyam SALMANZADƏ


Politika.Az



Oxunub: 16560


Loading...




Fikirlər


Şərh müəllifi: Kamal                 Tarix: 12 yanvar 2017 15:39                 [ Cavabla ]
Mirsahin ve Vahid her ikisi narkoman kokain qrbul edirler. Ve onlarin kim oldugunu kecmis prokuror Ilyas Ismayilovdan sorusun.

                        

Şərh müəllifi: Ad                 Tarix: 14 yanvar 2017 10:53                 [ Cavabla ]
Axır ki, axır ki düzgünlük əmələ gəlir KİV-də.

                        

Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il