Banklar itirdikləri pulun əvəzini işçilərindən çıxır - Əmək haqları azaldılır

Banklar itirdikləri pulun əvəzini işçilərindən çıxır
Bu aydan etibarən bəzi banklarda işçilərin əmək haqlarının 50-100 manat məbləğində azaldılması həyata keçiriləcək

Bu barədə moderator.az-ı məlumatlı mənbə bilgiləndirib. Mənbənin sözlərinə görə, əmək haqlarının azaldılmasına səbəb kimi, bank gəlirlərinin kəskin surətdə azaldılması, problemli kreditlərin çoxalması, məhkəmə çəkişmələrinin artması bildirilib.

Bilgili qaynağın sözlərinə görə, məlum yeniliyin tətbiqi bank əməkdaşları arasında ciddi narazılığa səbəb olub. Bəzi bank işçiləri hesab edir ki, ötən ildən başladılan əmək haqlarının azaldılması siyasətinin bu il də davam etdirilməsi böyük diqqət və məsuliyyət tələb edən bank sektorunda çalışmağa marağı azaldır və peşəkar bank mütəxəssislərinin bu sahədən uzaqlaşmasına səbəb olur.

Bu ilin ilk maaş azaldılmasından sonra bir sıra bank mütəxəssislərinin maddi dezavantaj səbəbi ilə işdən ayrılacağı ehtimal edilir.

Politika.Az



Oxunub: 832


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il