Yeni təyin edilən nazir müavini kimdir? - Mikayıl Cabbarovin tələbə yoldaşı, sabiq qoruq işçisi, yoxsa...

Yeni təyin edilən nazir müavini kimdir?
Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev təhsil naziri Mikayıl Cabbarova yeni müavin təyin edib

Dövlət başçısının sərəncamına əsasən, Mətin Eynullayev bundan sonra Mikayıl Cabbarovun müavini olacaq.

Xatırladaq ki, Eynullayev Mətin Balasən oğlu indiyədək Təhsil Nazirliyinin Aparat rəhbəri postunu tuturdu...

Məlumata görə, o, uzun müddətdir ki, Mikayıl Cabbarovla birlikdə çalışır.

Belə ki, Mikayıl Cabbarov Azərbaycan Respublikası Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi olduğu vaxtda o, bu idarədə hüquqşünas və Aparat rəhbəri vəzifələrində çalışıb.

Cabbarov 2013-cü ildə təhsil naziri təyin edildikdən sonra onu da nazirliyə dəvət edərək, Aparat rəhbəri postunu həvalə edib.

Mətin Eynullayev, həm də təhsil nazirinin tələbə yoldaşıdır. (qaynarinfo.az)

Yeni təyin edilən nazir müavini kimdir?

Politika.Az



Oxunub: 1776


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il