Polad Bülbüloğlundan xəyanət ittihamına - Cavab

Polad Bülbüloğlundan xəyanət ittihamına
Azərbaycanın Rusiyadakı Səfirliyi səfir Polad Bülbüloğluna qarşı ittihamları rədd edir

Səfirliyin mətbuat xidmətindən bildirilib ki, rusiyalı tarixçi Oleq Kuznetsovun “Gülüstana gedən yol...": Tarixə dərə-təpələrlə sayahət («Дорога на Гюлистан…»: Путешествие по ухабам истории) monoqrafiyasının təqdimat mərasimində Səfirliyin əməkdaşlarının məqsədli şəkildə iştirak etməməsinə dair səslənən fikirlər həqiqəti əks etdirmir: "Belə bir tədbirin keçirilməsindən xəbərimiz olmayıb. Tədbirdə iştirakla bağlı bizə dəvət gəlməyib". Qeyd edək ki, aprelin 21-də Moskvada Oleq Kuznetsovun “Gülüstana gedən yol...": Tarixə dərə-təpələrlə sayahət («Дорога на Гюлистан…»: Путешествие по ухабам истории) monoqrafiyasının təqdimatı keçirilib. Müəllif bu kitabda ermənilərin saxtakarlıqlarını faktlarla göstərərək, ifşa edib.

Səfirlikdən bildirildi ki, Azərbaycanın milli maraqlarına uyğun olan, tarixi həqiqətləri əks etdirən hər bir addımı dəstəkləyirlər. Amma səfir Polad Bülbüloğlunun bu kimi tədbirlərin hər birində şəxsən iştirak etməsi praktiki cəhətdən mümkün deyil.



Oxunub: 424


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il