Sabiq deputatın obyektinə basqın oldu - Video

Sabiq deputatın obyektinə basqın oldu
Hadisə yerində olan Azadlıq Radiosunun müxbirinə də hücum olunub

“Qanuni fəaliyyətini bərpa etmiş “Atahan Dəmir Sənaye” MMC-yə bu gün saat 12:00-də yenə də “qoçu dəstəsi”nin hücumu oldu”. Bu məlumatı özünün facebook səhifəsində həmin MMC-nin həmtəsisçilərindən biri olan sabiq deputat Nazim Məmmədov paylaşıb.

N.Məmmədov bildirib ki, Binəqədi Mühafizə Polisinin, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşlarının hadisə yerində olmasına baxmayaraq DİN-in mayor, polkovnik rütbəli zabitləri və əlavə 20 nəfər polis nəfəri “reket dəstəsi”nin Fariz, Çingiz, Vüqar adlı üzvlərinin qabağında aciz qalıb: “Biz təbii ki, rəsmi ərizələrlə müraciət etdik. Buradan çoxhörmətli daxili işlər naziri Ramil Usubova səslənirəm: xahiş edirəm ki, polislərin qorunması üçün tədbir görün!

Əlavə olaraq onu da qeyd edim ki, 20 nəfər polisin yanında mənim telefonum da əlimdən alındı ki, heç yerə zəng etməyim”.

Yada salaq ki, həmin müəssisəyə, ümumən metallurgiya sahəsində gəaliyyət göstərən 20 belə özəl istehsalat obyektinə belə bir hücum 2012-ci ilin avqust ayında da olmuşdu. Məqsəd metal inhisarçılarının bu sahəni bir ələ cəmləmək istəkləri idi. Xatırladaq ki, hazırda ölkənin metallurgiya sahəsinə “Baku Steel Company” nəzarət edir. O, bu sahədə tam monopoliya qurub.

Qeyd edək ki, “reket dəstəsi” hadisə yerində olan Azadlıq Radiosunun müxbirinə hücum edərək ona fiziki təzyiq göstərib, jurnalistin kamera və mobil telefonunu əlindən alaraq hadisə yerindən uzaqlaşıblar.



Oxunub: 240


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il