Nizami Sadıqov restoranını satışa çıxardı - Foto

Nizami Sadıqov restoranını satışa çıxardı
Ağdamın sabiq icra başçısı Nizami Sadıqovun Bakının mərkəzindəki “İzmir” restoranını satışa çıxardığı bildirilir

Politika.az xəbər verir ki, Mötəbər mənbənin axar.az-a verdiyi məlumata görə, keçmiş başçı Ağdam rayonundakı digər oblektlər kimi, “İzmir” restoranını da satmaq və biznes əlaqələrini xaricdə inkişaf etdirmək niyyətindədir. Qeyd olunur ki, başçının hazırda Riqada Azərbaycan konsulu olaraq çalışan oğlu Nicat Sadıqov da diplomatdan daha çox, iş adamı olmağa meyillidir və karyerasını iş adamı kimi davam etdirməkdə maraqlıdır.

Restoranın isə çox yüksək qiymətə - 8 milyon manata satışa çıxarıldığı deyilir. Mənbənin sözlərinə görə, N.Sadıqovun yaxın adamı tərəfindən idarə olunan bu restoran bir müddət öncə 5 milyon manata alınıb.

Xatırladaq ki, 2013-cü ildə dövlət büdcəsindən Ağdam rayonunun sosial-iqtisadi inkişafı üçün 37 milyon manat vəsait ayrılıb. Məhz “İzmir” restoranının da həmin dövrdə alındığı vurğulanır.

Qeyd edək ki, ki, Nizami Sadıqov 1 sentyabr 2009-cu ildən 16 aprel 2014-cü ilə qədər Ağdam rayonunun icra başçısı olub.

N.Sadıqovun məlum nömrələri daim söndürülmüş olduğundan, onun xəbərə münasibətini öyrənə bilmədik.
Nizami Sadıqov restoranını satışa çıxardı



Oxunub: 663


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il