Qəddafinin devrilməsinin şok səbəbi: 143 ton qızıl və dollardan imtina ideyası - Video

143 ton qızıl və dollardan imtina ideyası
Liviyanın sabiq lideri Müəmmar Qəddafinin hakimiyyətdən devrilməsinin əsl həqiqətləri ortaya çıxıb

Bu həqiqətlər ABŞ-ın sabiq dövlət katibi, hazırda ABŞ-da prezidentliyə iddialı Hillari Klintonun məktublarının açıqlanmasından sonra ortaya çıxıb.

Politika.az xarici mətbuata istinadən xəbər verir ki, sabiq dövlət katibinin gizli yazışmları ortaya çıxıb. Hansı ki, bu yazışmlada Liviya lideri Müəmmar Qəddafinin hakimiyyətdən devrilməsi ilə bağlı maraqlı məlumatlar yer alıb.

M.Qəddafinin devrilməsinin əsas tərəfdarlarından biri olan H. Klinitonun gizli yazışmları Liviya liderinin devrilməsinə səbəb onun 143 ton qızıla sahib olması ilə yanaşı, bu ölkənin böyük neft ehtiyatı və digər qiymətli ehtiyatlarına malik olması ilə bağlıdır.

Belə ki, Vaşinqton dollarla rəqabətə girə biləcək panafrika valyutasının yaradılmasından ehtiyyatlanıb və bu səbəbdən də Ağ Ev M. Qəddafinin devrilməsinə qərar verib.

Əslində Liviyada ölənlər azadlıq uğrunda və diktaturadan qurtuluş uğrunda deyil, onlar 143 ton qızıla, neftə və bir də digər var-dövlətə görə ölüblər. Necə ki, bu var-dövlət Qəddafidən sonra “azadlıq uğrunda” mübarizə aparan Liviya xalqına qalmadı. Əslində isə Liviya bu gün parçalanmış və acınacaqlı vəziyyətdədir.

H. Klintonun gizli yazışmaları davam edir və ona görə də bizi Barak Obamanın hakimiyyətinin ilk illərində baş vermiş hadisələrlə bağlı yeni həqiqətlərin ortaya çıxması gözləyir.

Qeyd edək ki, H. Klinton dövlət katibi işlədiyi dövrdə şəxsi poçtundan çox gizli məlumatlar yazmaq üçün istifadə etməkdə ittiham olunur. Bununla bağlı onun barəsində cinayət işinin açılması tələb olunsa da, indiyədək bu mümkün olmayıb.

***

Qeyd edək ki, Qəddafi hakimiyyətdə olduğu müddətdə bu naliyyətləri əldə etmişdir:


1. Benzin sudan daha ucuz idi. 1 litr benzin - 0,14 $

2. Yeni ailə quranlara ev almaq üçün 64 000 $ pul verilirdi.

3. Təhsil və tibb tam pulsuz idi.

4. Hər ailə üzvünə görə dövlət 1 000 $ qrant ödəyirdi.

5. İşsizlər üçün hər ay 730 $ maddi yardım olurdu.

6. NATO-nun bütün hərbi bazalarını bağlatdırdı.

7. Tibb bacılarının aylıq məvacibləri 1 000 $ idi.

8. Dünyaya gələn hər bir körpə üçün 7 000 $ verilirdi.

9. Şəxsi biznesin qurulması üçün hər bir şəxsə 20 000 $

10. Böyük məbləğdə vergilər qadağan olunurdu.

11. Xaricdə təhsil və təcrübə keçmək dövlətin hesabına.

12. Çoxuşaqlı ailələr üçün geyimlər, ərzaq malları çox aşağı qiymətlətlə satılırdı.

13. Vaxtı keçmiş qida məhsullarına görə böyük məbləğdə cərimə və hətta həbs cəzası.

14. Dövlət hesabında olan apteklərdə dərmanlar pulsuz paylanırdı.

15. Vaxtı keçmiş, saxta və istifadəyə yararsız dərmanlar satana ölüm cəzası.

16. Ev pulu (yəni ev pulu adlı vergi) ləğv olunmuşdu.

17. Yerli əhali elektrik enerjisinin vergisindən azad idilər.

18. Spirtli içkilərin istifadəsi və satışı qadağan idi.

19. Maşın və ev almaq üçün əldə olunan bütün kreditlər faizsiz idi.

20. Daşınmaz əmlak agentliyi deyilən heç bir qurum yox idi.

21. Maşın almaq istəyənlər üçün dövlət 50% endirim edir, polislər üçünsə bu endirim 65% təşkil edirdi.

22. O dövlətin başına keçən zaman bütün xarici şirkətləri dövlətdən çıxartdı və biznes qurmaq istəyən yerli camaatdan bəzilərinə verdi.

Yalnız Qəddafinin dövründə Liviyanın qaradərili əhalisi azadlıq əldə etdilər. Onun idarə etdiyi 40 il ərzində Liviya əhalisi 3 dəfə artdı. Uşaq ölümləri 3 dəfə azaldıldı. (Abort, yetimlər evinə atma, uşaqlara qarşı şiddət azaldı.)

İnsan ömrünün normal yaşama həddi 51,5 ildən 74,5 ilədək artırıldı. Qəddafi Liviyanı dünya bankının sitemindən çıxarılmasına qərar verdi və bunun bu nümunəsindən sonra 12 ərəb ölkəsi onun atdığı addımı atdı ...



Oxunub: 8070


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il