Vergilər nazirliyi hücuma keçdi: İki şirkətə cinayət işi açıldı

İki şirkətə cinayət işi açıldı
Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən “Bakı Elektriktökmə” ASC-də ümumilikdə külli miqdar təşkil edən 370 min manat məbləğində vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsinə əsasən cinayət işi başlanıb.

İstintaqla müəyyən edilib ki, “Bakı Elektriktökmə” ASC-nin sədri vəzifəsində işləmiş Məmmədov Şamil Cəbrayıloviç Vergi Məcəlləsinin bir neçə maddəsini pozaraq 308,3 min manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Ş.Məmmədov Departamentin əməkdaşları tərəfindən tutularaq istintaqa cəlb olunub.

Ş.Məmmədovun az ağır cinayət əməli törətdiyini, daimi yaşayış yerinin olduğunu, törətdiyi cinayət əməlinin xarakterini, azadlıqda qalarsa istintaq və məhkəmə orqanlarından qaçıb gizlənməyəcəyini, eyni zamanda dövlət büdcəsinə ödəməkdən yayındırdığı vergilərdən 50 min manat məbləğində olan hissəsini könüllü olaraq dövlət büdcəsinə ödədiyini nəzərə alaraq, onun barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilib.

Departament tərəfindən digər bir cinayət işi “ES Qrup Konstrakşn” MMC-də külli miqdar təşkil edən 70,6 min manat məbləğində vergilərin dövlət büdcəsinə ödənilməkdən yayındırılması faktı üzrə Cinayət Məcəlləsinin 213.2.2-ci maddəsinə əsasən başlanıb.

İstintaq zamanı müəyyən edilib ki, müəssisənin direktoru Səfərov Elçin Hüseyn oğlu cəmiyyətin qeydiyyatda olduğu vergi orqanına təqdim etdiyi bəyannamələrə gəlirlər və xərclər barədə qəsdən təhrif olunmuş məlumatları daxil etməklə cinayət əməli törədib.

Departament tərəfindən 7 dekabr 2015-ci il tarixdə E.Səfərovun təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul edilib, lakin olduğu yer müəyyən edilmədiyi və istintaqa cəlb olunmadığı üçün ona ittiham elan etmək mümkün olmayıb. Elə həmin tarixdə onun barəsində axtarış elan edilib.

E.Səfərov Departamentin əməkdaşları tərəfindən tutularaq müvəqqəti saxlanılması üçün Yasamal Rayon Polis İdarəsinə təhvil verilib.



Oxunub: 324


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il