İlhamə Quliyevanın vəkili: "Deyirdi, nəyim varsa, nəvəmə verəcəm"

"Deyirdi, nəyim varsa, nəvəmə verəcəm"
Xalq artisti İlhamə Quliyevanın vəkili Elmira Məmmədova mərhum sənətkarın mirasının kimə qalacağı barədə danışıb

Bu barədə açıqlama verən vəkil bildirib ki, İ,Quliyeva onunla mirasi barədə söhbət edib: “Mən illərdir İlhamə Quliyevanın yanında olmuşam, amma eşitməmişəm, desin ki, mirasım orduya və ya dövlətə qalsın. Amma bir dəfə İlhamə xanımdan soruşdum ki, sizdən sonra oğlunuzun vəziyyəti necə olacaq? O da mənə dedi ki, nəvəm Ruslanı çox istəyirəm, mənim nəyim varsa, nəvəmə verəcəm. Yəni həmin vaxt nə gəlinin, nə də oğlunun adını çəkmədi. Mən dedim, bəlkə vərəsəlik verəsiniz? O da mənə dedi ki, vərəsəlik hazırlamışam, oxuyarsan, baxarsan. Hətta söylədi ki, onda olan əmlakdan başqa, nəvəsinin adına şəhərin mərkəzində iki otaqlı mənzil alıb, qoymuşam, ola bilər, Ruslanın ad günündə ona hədiyyə edim. Mən də dedim ki, bəlkə indi verəsiniz? Söylədiki yox, ancaq ad günündə".

Vəkilin sözlərinə görə, İ.Quliyeva deyirmiş ki, hər bir şeyə baxmayaraq Orxan onun oğludur: "Deyirdi, onu heç zaman çölə atmaram. Adətən ana öləndə miras övlada qalır. Bu, belədir. Orxan ölməyib ki? Miras Orxana qalmalıdır. Orxan yoxdursa, İlhamə xanımın bacısı var”.



Oxunub: 585


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il