Millət vəkilinin oğlu öz ötelində qumarxana açıb? - ŞOK İDDİA

Millət vəkilinin oğlu öz ötelində qumarxana açıb?
Deputat Hacı Salayevin oğlu Kənan Salayev haqqında qalmaqallı xəbər yayılıb. Qaynar.info xəbər verir ki, deputatın oğlu atasına məxsus “Lake Palace" otelində ayrı-ayrı nömrələrdə gecə saatlarında qumar masası təşkil edir.

Bildirilir ki, oteldə qumar oynamağa gələn gənclər bir qayda olaraq ölkənin tanımış məmurlarının övladları olur və “Bakı kübarları”na aid olmayan heç kəs qumar masasına buraxılmır. Mənbə bildirir ki, əslində gecə saatlarında “Lake Palace" otelində qumar oynayan gənclər Kənan Salayevin dostları və tanıdıqlarıdır. Kənan Salayevin isə çoxdan Bakının gecə həyatında iz qoyan gənclərdən biri olduğu bildirilir.
Millət vəkilinin oğlu öz ötelində qumarxana açıb?
Kənan Salayev

Mənbə bildirir ki, “Lake Palace" otelindəki qumar masalarını Kənan Salayevin uşaqlıq dostu, sinif yoldaşı Ayaz adlı şəxs idarə edir. Buna baxmayaraq Ayazın özünün də masada qumar oynadığı və bəxtinin də tez-tez gətirmədiyi idda olunur. Buna misal olaraq mənbə bildirir ki, fevral ayında Ayaz Aynar Məmmədova 30 min manat uduzub.
Millət vəkilinin oğlu öz ötelində qumarxana açıb?
“Lake Palace" oteli

Mənbə həmçinin onu da qeyd edir ki, Kənan Salayevin uşaqlıq dostu, sinif yoldaşı Ayaz adlı şəxs təkcə “Lake Palace" otelindəki qumar masalarını idarə etmir. Həmçinin Hacı Salayevin “Xəzər” çörək zavodu da Ayazın nəzarətindədir. Mənbə biddia edir ki, Ayaz adlı şəxs Kənan Salayevin ona olan hədsiz inamından istifadə edərək “Xəzər” çörək zavodunun gəlirlərini həm özünün, həm də Kənan Salayevin əyləncələrinə sərf edir.

“Kənan Salayev vaxtının çoxunu xaricdə keçirdiyi üçün Ayaz rahatlıqla “Xəzər” çörək zavodunu öz zavodu kimi idarə edir və hər ay Hacı Salayevin biznesindən külli miqdarda vəsaiti özününküləşdirir”, deyə mənbə iddia edir.

Yazıda adı keçən bütün şəxslərin mövqeyini dərc etməyə hazırıq.



Oxunub: 629


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il