Sərdar Cəlaloğlundan Əli Kərimliyə "itli-pişikli" cavab - QALMAQAL

Sərdar Cəlaloğlundan Əli Kərimliyə "itli-pişikli" cavab
"Moskva icazə versə Milli Şura bizə qoşulacaq, verməsə qoşulmayacaq". Bu sözləri ADP sədri Sərdar Cəlaloğlu Milli Şuranın antiböhran koalisiyası haqqında səsləndirdiyi fikirlərə cavab olaraq deyib.

Milli Şuranın üzvü olan AXCP-nin Gənclər Komitəsinin sədri, Rəyasət Heyətinin üzvü İlham Hüseyn antiböhran koalisiyasını və orada olanları "Fəaliyyəti böhranlı olan adamlar və siyasi buqələmunlar" adlandırmışdı.

ADP sədri Sərdar Cəlaloğlu antiböhran koalisiyası və oraya üzv olanlar haqqında səsləndirilən fikirlərə Ölkə.Az saytına açıqlama verərək sərt münasibət bildirib:

"O keyfiyyətlər hamısı Əli Kərimli üçün xarakterikdir. Gərək Əli Kərimli bunu göydəndüşmə bilib qəbul etsin. Ona görə ki, Azərbaycan tarixində Əli Kərimli qədər mənəvi böhranda olan, buqələmun olan, şəxsi maraqlarını dövlət maraqlarından üstün tutan ikinci bir adam yoxdur.

Əgər onlar bizi elə təsəvvür edirsə, onda antiböhran koalisiyası Əli Kərimlinin ruhuna uyğun olan bir koalisiyadır. Ona görə də, narahat olmasın. Deyir, "pişiyin könlü samanlıqda, it də vurdu saldı onu ora". Bizim haqda dedikləri onun özünə uyğundur, bundan narahat olmasın.

Bunlar hamısı bəhanələrdir. Əli Kərimilinin intellektual səviyyəsi yoxdur. Moskva icazə versə Milli Şura bizə qoşulacaq, verməsə qoşulmayacaq. Ona görə də, biz Milli Şuranı xalqa görə dəvət etmişik. Deməsinlər ki, niyə müxalifət birlik etmədi. Biz bilirik ki, onlar müstəqil deyil. Onlara icazə verilməsə onlar heç bir addım ata bilməz və heç vaxt müxalifətə yaxınlaşa bilməz".

Qeyd edək ki, antiböhran koalisiyasına ADP, Böyük Azərbaycan Partiyası (BAP), Klassik Xalq Cəbhəsi Partiyası (KXCP), Azadlıq Partiyası, Gələcək Azərbaycan Partiyası (GAP), Milli Konqres Partiyası (MKP), Azərbaycan Liberal Demokrat Partiyası (ALDP), Azərbaycan Xalq Partiyası (AXP), Aydınlar Partiyası, Ümid Partiyası, Dünyəvi Bozqurd Partiyası (DBP), Vətəndaş və İnkişaf Partiyası (VİP) və “AĞ Blok” daxildir.



Oxunub: 574


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il