“MTN işi” ilə bağlı istintaqın müddəti uzadıldı

“MTN işi” ilə bağlı istintaqın müddəti uzadıldı
“MTN işi” ilə bağlı başlanılan cinayət işi üzrə ibtidai istintaqın müddəti artırılıb. APA-nın məlumatına görə, bununla bağlı baş prokuror Zakir Qaralov tərəfindən qərar qəbul edilib. Qərara əsasən, istintaqın müddəti iyunun 17-dək uzadılıb.

Cinayət işi üzrə istintaqın başlanması barədə qərar ötən il oktyabrın 17-də verilib. Cinayət işi üzrə istintaq Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsi tərəfindən həyata keçirilir. İş üzrə 20 nəfərdən çox şəxs həbs edilib.

Bu arada “MTN işi” ilə bağlı başlanılan cinayət işi üzrə saxlanılan şəxslərin həbs müddəti də uzadılıb. Səbail rayon Məhkəməsi həmin cinayət işi üzrə saxlanılan 20-dən çox şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin iyul ayına kimi uzadılıması barədə qərarlar qəbul edib.

Baş Prokurorluğun “MTN işi” ilə bağlı yaydığı məlumata görə, bir müddət əvvəl ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) ayrı-ayrı vəzifəli şəxsləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və vəzifə səlahiyyətlərini aşma faktları ilə bağlı cinayət işi üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Faktlar üzrə 21 şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, 19 şəxs barəsində həbs qətimkan tədbiri, 1 nəfər barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib, istintaqdan yayınan 1 şəxs barəsində isə həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilib.

Keçmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının törətdiyi cinayət əməlləri nəticəsində hüquqları pozulmuş 57 nəfər zərərçəkmiş şəxs qismində tanınıb. Onlara dəymiş ziyanın ümumi məbləğinin on milyonlarla manat olduğu müəyyən edilib.

Cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.



Oxunub: 342


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il