Əlil əsgərdən şok açıqlama: "Deputatın köməkçisi 200 manatı uzatdı ki, bir sənin biri mənim..."

"Deputatın köməkçisi 200 manatı uzatdı ki, bir sənin biri mənim..."
2014-cü ildə Ağdam istiqamətində gedən döyüşlərdə yaralanaraq hər iki ayağını itirən SərxanTahirzadənin 73 saylı Lənkəran şəhər seçki dairəsindən deputat Rüfət Quliyev barəsində fikirləri ətrafında polemika böyüyür.

Sərxan Tahirzadə açıqlamasında deputat Rüfət Quliyevin qəbulunda olarkən yaşadığı situasiya ilə bağlı maraqlı, həmçinin üzüntü verici faktı açıqlayıb:

"Deputat Rüfət Quliyevin məni necə qarşıladığını hamı gördü. Məni yanına çağırdı. Stullardan tuta-tuta yanına gedəndə az qala yıxılacaqdım. O zaman laqeyd şəkildə "Kömək edimmi" dedi. Mən də istəmədim.

Maddi köməkliyə gəlincə, bayıra çıxanda köməkçisi arxamdan gəldi, əlində tutduğu 200 manatın 100-u mənə uzatdı - "Biri sənin, biri mənim" dedi. Mənə pul lazim deyildi. Mən heç Rüfət Quliyevin özünə görə də getməmişdim. Qənirə Paşayeva göndərdiyi üçün getmişdim. Anam evdədir, heç yerdə işləmir. Mənə və xəstə atama baxır".



Oxunub: 714


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il