Dollar satışında xaos: xalqı soyan banklar hansı nazirlərindir? - Siyahı

xalqı soyan banklar hansı nazirlərindir?
Azərbaycanda dollar ajiotajı yaşanır

Bankların dollar satışını dayandırması böyük panika yaradıb. Əhali arasında çaşqınlıq, təşviş və çaxnaşma yaradan banklar bu situasiyadan da mənfəətlə çıxmağa hazırlaşır.

Bu barədə Politika.Az-ın İqtisadiyyat Şöbəsi məlumat yayıb. Məlumatda qeyd olunur ki, bank sektorunda yaranmış dollar həyəcanı və satışın dayandırılması əhalinin maraqları gözlənilmədən həyata keçirilir.

Bu da Mərkəzi Bankın qaydalarına zidd fəaliyyətdir. MB İdarə Heyətinin sədri Elman Rüstəmovun susqunluğu deməyə əsas verir ki, özəl banklar qərarları verməkdə sərbəstdir.

Bu bankların isə hansı nazir və məmurların himayəsində olduğu ictimaiyyətə məlumdur. Ölkənin bank sektorunda elə bir müəssisə qalmayıb ki, vəzifəli şəxs tərəfindən idarə olunmasın.

Onların fəaliyyəti isə xalqı soymağa, yüksək faizlərlə müflis etməyə, kredit bataqlığında boğmağa yönəlib.

Devalvasiyadan sonra bankların çöküşü isə onların işini çətinə salıb. Ona görə də yenidən start götürən məmurların bankları heç olmasa dollar satışından qazancla çıxmaq arzusundadır.

Xalqın dərisinə saman təpən bankların bəziləri bağlanıb, bəziləri çökür, bəziləri isə divan tutmaqda davam edir. Milyonlarla insan banklara borcludur. Hazırda iqtisadi böhranın dərinləşməsi əhalini acınacaqlı vəziyyətə salıb və kredit ödənişləri edə bilmirlər.

Günbəgün yoxsullaşan əhalinin taleyini düşünməyən məmurların bankları isə nə faizləri aşağ salır, nə də güzəştlər var. Artıq məsələyə ölkə rəhbərliyinin müdaxilə etməsinə zərurət yaranıb. Prezident İlham Əliyevin göstərişindən sonra bankların dollar satışı ilə bağlı siyasətində dəyişiklik mümkündür.

Politika.Az-ın İqtisadiyyat Şöbəsi dollar satışını dayandıran bankların siyahısına nəzər yetirib və həmin müəssisələrin hansı məmurlara aid olduğunu araşdırıb.

Məlum olub ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərova yaxınlığı ilə seçilən "Access Bank" və “Atabank” dollar satışını dayandırıb.

Habelə, ləğv olunmuş MTN-nin rəhbəri Eldar Mahmudova qohumluğu olan keçmiş deputat Çingiz Əsədullayevin rəhbəri olduğu "AG Bank", sabiq deputat və “Odlar Yurdu” universitetinin rektoru Əhməd Vəliyevin "Muğan Bank"ı da xalqa dollar satmır.

Eyni zamanda nəqliyyat naziri Ziya Məmmədov klanına aid "Bank of Baku", Mərkəzi Bankın sədri Elman Rüstəmova məxsus “Bank Respublika”, Xətai rayon prokuroru Yusif İldırımzadəyə aid olduğu iddia edilən “Əmrah bank” da dollar satışını dayandırıb.

Politika.Az



Oxunub: 53238


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il