İlham Əliyev hansı nazirləri qovub, kimləri təmizləyəcək? -ÖZƏL

İlham Əliyev hansı nazirləri qovub, kimləri təmizləyəcək?
Prezident İlham Əliyev 2017-ci ilə sağlam komanda ilə getmək üçün təmizləmələr apardı. Bu siyasət kadr və struktur islahatları, o cümlədən dövlət əmlakını talan edənlərin həbsi ilə müşayiət olundu.

Politika.Az-ın özəl xəbərinə görə,
2016-cı ilin sonuna qədər bu təmizləmə siyasəti davam etdirildi. Eyni zamanda yaxın aylarda və yeni ildən də sensasiya doğuran qərarlar gözləniləndir.

Xüsusi ilə ümumxalq səsverməsindən sonra vitse-prezidentlik institutunun yaradılması, növbədənkənar prezident seçkilərinin keçirilməsi nəzərdə tutulması kadr islahatlarını sürətləndirəcək. Seçkilər olacağı halda İ.Əliyev komandaya yenidən əl gəzirəcəyi bildirilir.

Vitse-prezidentlərin təyin olunmaması da ondan xəbər verir ki, hələlik müzakirələr gedir və kimlərin istefaya göndəriləcəyi barədə məsləhət-məşvərət aparılır.
Xalq gözləyir ki, prezidentin növbəti islahatlarında digər sektorlarda, dövlət qurumlarında illərdir korrupsiya, rüşvət yuvası yaratmış odioz nazirlərlə də haqq-hesab çəkiləcək. Çünki buna qədər komandada xeyli dərəcədə təmizləmələr aparılıb.

Politika.Az onların siyahısını hazırlayıb. Belə ki, əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov, təhsil naziri Misir Mərdanov, müdafiə naziri Səfər Əbiyev, milli təhlükəsizlik naziri Eldar Mahmudov, Dini İşlər üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov, Azərbaycan Beynəlxalq Bankın sədri Cahangir Hacıyev, MTN generalları, habelə Torpaq və Xəritəçəkmə Komitəsinin ləğvi və bir sıra qurumları qeyd etmək olar.

İndi gözləntilər var ki, Mərkəzi Bank sədri Elman Rüstəmov, maliyyə naziri Samir Şərifov, nəqliyyat naziri Ziya Məmmədov, Bakı meri Hacıbala Abutalıbov, səhiyyə naziri Oqtay Şirəliyev, Standartlaşdırma və Patent Komitəsi sədri Ramiz Həsənov vəzifəsindən kənarlaşdırıla bilər.

Adıçəkilən məmurlar vətəndaşların ən çox şikayət etdiyi, narazı qaldığı qurumların rəhbərləridir. Ona görə də bu siyahı üzrə iş getdiyi bildirilir.

Bildirilir ki, prezidentdən islahatların davamı gözlənilir. Digər sahələrdə də özbaşınalıq edən və problemlər yaradan məmurlar, prezidentin daxili siyasi kursuna zidd gedən qüvvələrin cəzalandırılması arzulanır.

Politika.Az



Oxunub: 25236


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il