Region qaynayır: İlham Əliyevin sabitlik strategiyasının gizlinləri - ÖZƏL

 İlham Əliyevin sabitlik strategiyasının gizlinləri
Ölkə prezidenti İlham Əliyev sabitliyin və tərəqqinin qarantıdır. Ölkə başçısı İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə reallaşan iri yerli və regional layihələr sayəsində Azərbaycan dövləti öz iqtisadi nəticələri ilə aparıcı dövlətlər sırasındadır.

2003-cü ildən həyata keçirilən sosial-iqtisadi inkişaf siyasəti iqtisadi islahatların dərinləşdirilməsi, mövcud potensialın gücləndirilməsi və ondan istifadənin səmərəliliyinin yüksəldilməsi əsasında ölkədə dinamik sosial-iqtisadi inkişafa nail olunub.

Bu inkişafın davamlılığının təmin olunmasına, bu sahədə artıq əldə olunmuş nailiyyətlərin daha da möhkəmləndirilməsi və artırılmasına prezidentin yürütdüyü siyasət xidmət edib.

Bu barədə Politika.Az-ın Analitik Mərkəzi xəbər verib. Bu gün müasir Azərbaycan təhlükəsizlik və sabitlik nöqteyi-nəzərdə inkişafdadır.

Ölkəmizdə terrora qarşı amansız mübarizə aparılır. Bu günlərdə də FƏTÖ və İŞİD kimi qruplaşmaların simpatizanları zərərsizləşdirildi.

Eləcə də ölkəmizə, dövlətçiliyimizə qarşı təhdidlərin zamanında cavabı verilir. Ölkəmizdə cinayətkarlıq azalır.

Kriminogen durum nəzarətdədir, hüquq-mühafizə orqanlarının peşəkarlığı, ayıq-sayıqlığı nəticəsində həm ölkə daxili, həm sərhədlərimiz etibarlı əllərdədir.

Azərbaycanın uğurları bəzi düşmən dairələr tərəfindən qısqanclıqla qarşılanır. Dövlətimizin güclənməsi kimlərisə narahat edir, erməni lobbisini, Azərbaycanı istəməyən bəzi qüvvələri qane etmir.

Müasir dünyada dövləti lazımi səviyyədə idarə etmək, geosiyasi təlatümlərdən, iqtisadi böhranlardan çıxarmaq üçün çox yüksək səriştə və siyasi iradə lazımdır.

Azərbaycan xalqı üçün tarixi bir şansdır ki, bu gün ölkəmizə cənab İlham Əliyev kimi dərin zəkaya, analitik təfəkkürə malik olan, dünyada gedən siyasi- iqtisadi prosesləri yaxşı bilən siyasətçi və dövlət xadimi rəhbərlik edir.

Politika.Az bildirir ki, cənab İlham Əliyev öz vətənini, xalqını sevən, azərbaycançılıq amalını qəlbində daşıyan bir rəhbərdir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ötən müddət ərzində regionlarda infrastrukturun yenidən qurulması və inkişafı, səhiyyə və təhsil müəssisələrinin tikintisi, əhalinin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində mühüm əhəmiyyətli tədbirlər həyata keçirilib.

Bəli, bu, Azərbaycanın öz iqtisadiyyatını sadəcə neft amili üzərində qurmadığını, əldə olunmuş uğurlu nəticələrdə qeyri-neft sektorunun mühüm paya malik olduğunu təsdiqləyib.

İqtisadiyyatın şaxələndirilməsi, sahibkarlığın inkişafı, investisiya mühitinin daha da yaxşılaşdırılması nəticəsində ölkəmizdə qeyri-neft sektorunun dinamik inkişafı davam edib.

Politika.Az



Oxunub: 5744


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il