Təklənmiş Türkiyə: İlham Əliyev dar günün dostu necə oldu? - Təfsilat

İlham Əliyev dar günün dostu necə oldu?
Türkiyə çox çətin bir dönəmdən keçir. Amma bu ağır gündə prezident İlham Əliyev qardaş ölkənin yanında olduğunu hər zaman nümayiş etdirib.

İstər terror aktları, istərsə 15 iyul çevrilişi, istər FƏTÖ-ya qarşı mübarizə, istərsə enerji əməkdaşlığı, istərsə də son hadisələrdə dövlət başçımız Türkiyəyə dost dəstəyini gizlətməyib.

Bu barədə Politika.Az-ın Analitik Qrupu xəbər yayıb. Ankara ilə Bakı arasında möhkəm təməllərə söykənən münasibətlər bütün sahələrdə inkişaf edir.

Hər iki ölkənin dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri ikitərəfli siyasi və iqtisadi əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynayıb. Bu kədərli günlərdə Azərbaycanın Türkiyənin yanında olması qan qardaşlarımıza böyük təsəlli oldu.

Tarixi proseslər də sübut edib ki, Türkiyə - Azərbaycan münasibətləri sarsılmazdır, əbədidir. Çünki bizə yol göstərən iki dahi şəxsiyyət - Mustafa Kamal Atatürkün və Heydər Əliyevin müəyyənləşdirdiyi siyasətidavam etdirən ölkələrimizin kədəri də, sevinci də birdir.

Biz "Bir millət, iki dövlət" olduğumuzu heç bir zaman unutmuruq. Buna görə də Türkiyə Dağlıq Qarabağ münaqişəsini öz problemi hesab edir, bunu hər yerdə inamla dilə gətirir, Azərbaycan isə terrorizmlə mübarizədə daim Türkiyənin yanında yer alır, hər bir məsələdə ona arxa-dayaq olur.

Türkiyə - Azərbaycan əlaqələri dostluq-qardaşlıq əsasında qurulduğu üçün bütünsahələrdə inkişaf edir.

Son illərin təcrübəsi də göstərir ki, çox zəngin birgə tariximiz, ortaq dəyərlərimiz kimi möhkəm təməllər üzərində qurulan Türkiyə - Azərbaycan əlaqələri daim inkişaf edəcək, güclənəcək.

Politika.Az-ın Analitik Qrupu yazır ki, qardaş ölkədə rus səfirin qətli də Türkiyəni çətin vəziyyətə salmaq, na qarşı qəzəb artırmaq və təkləmək siyasətidir.
Bu təklənmədə İlham Əliyev Türkiyənin yanında oldu və geosiyasi proseslərin ən mürəkkəb dönəmində belə dəstəyini açıq şəkildə nümayiş etdirdi.

Regionumuzda sülhün, təhlükəsizliyin daimi olması, sürətli inkişafın təmin edilməsi, qlobal əhəmiyyətli layihələrin reallaşması, qarşılıqlı regional münasibətlər sisteminin möhkəm təməllər üzərində davam etdirilməsi üçün Türkiyə- Azərbaycan dostluq və qardaşlıq əlaqələrinin inkişafı böyük əhəmiyyətə malikdir.

Bəli, tarixi köklərə söykənən, çətin sınaqlara sinə gərən, eyni millətə, eyni dilə, eyni dinə sahib olan iki xalq arasındakı ən təbii hisslərdən bəhrələnən, ondan güc alan Azərbaycan- Türkiyə qardaşlığı daim möhkəmlənir, güclənir, zamanın diqtəsi ilə durmadan inkişaf edir, regionda əmin-amanlığın qarantına çevrilir.

Bu isə belə deməyə əsas verir ki, bu mövzu daim tədqiqatçıların, siyasətşünasların diqqət mərkəzində olacaq.

Politika.Az



Oxunub: 4206


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il