Xalqın oğlu: İlham Əliyev ölkəni dünyanın sabit dövlətinə necə çevirdi? - Faktlar

 İlham Əliyev ölkəni dünyanın sabit dövlətinə necə çevirdi?
Xalqların tarixini və taleyini təyin edən başlıca səbəblər sırasında Lider amili həmişə həlledici rol oynayıb

İnkişafın zirvəsinə yüksəlmiş bütün xalqlar tarixin ayrı - ayrı zamanlarında fövqəladə istedadlı liderlərə sahib olmaq xoşbəxtliyindən yetərincə bəhrələnmək şansına minnətdar olmalıdırlar.

Politika.Az xəbər verir ki, müstəqil Azərbaycan dövlətinin qurulması dahi siyasətçi Ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərinin birbaşa nəticəsidir.
XXI əsrin başlanğıcından isə ölkəmizin yeni intihabı Prezident İlham Əliyevin rəhbərliyi sayəsində gerçəkləşməkdədir. Hər bir lider öz xalqının yetirməsi, hər bir ölkə öz liderinin əsəridir.

Xalqın İlham Əliyevə inamı hər şeydən əvvəl onun Heydər Əliyev siyasətinin ən parlaq və ardıcıl davamçısı olmaq potensialına əsaslanırdı.

İnsanlar Heydər Əliyev siyasətinə alternativ görmədiyindən, Heydər Əliyevsiz hakimiyyəti onun siyasətinin ardıcıl surətdə həyata keçirilməsi formasından ayrı şəkildə qəbul etmək istəmirdi.

İctimai ovqat ölkənin gələcək taleyini məhz bu şərtlər daxilində qavrayır və həmin səbəbdən də İlham Əliyevə böyük inamla yanaşırdı.

Ədalət naminə qeyd etmək lazımdır ki, İlham Əliyevin artıq o zamana qədər formalaşmış gənc və qətiyyətli siyasətçi obrazı da öz növbəsində ona inamı formalaşdıran vacib amillərdən biri kimi nəzərdən keçirilməlidir.

Politika.Az xəbər verir ki, bu gün İlham Əliyevin 55 yaşı tamam olur. İlham Əliyev çox səbrli, olduqca sadə və təvazökar bir insandı.

Ölkə prezidenti kimi çox böyük çətinliklərə baxmayaraq ciddi şəkildə islahatlara gedən, Azərbaycanın müdafiə qabiliyətini artıran Ali Baş Komandandır.

O, ermənilərin və ağalarının təpkilərinə baxmayaraq nəinki Dağlıq Qarabağ münaqişəsində güzəşt olunmayacağını, hətta Ermənistanın yerləşdiyi torpaqların da Azərbaycana aid olduğunu deyən prezidentdir. İlham Əliyev 50 milyonluq Azərbaycan xalqının prezidentidir.

Cənab prezidentin 55 yaşı yubiley də sayıla bilər. İlham Əliyevin doğum günü ciddi dövrə - postneft erasında yeni islahatların elan olunduğu bir zamana təsadüf edir.

Bu günlərdə prezident özü də 11 istiqamət üzrə strateji planlar tərtib edib. Malayziyada, Sinqapurda olduğu kimi, Azərbaycanda da islahatlar uğurlu nəticələr verəcək.

İlham Əliyevin səyləri nəticəsində Azərbaycan bölgədə ən sabit ölkədir. Bəzi çətinliklər yaşasaq da, sabitlik əsas meyarlardan biridir.

Bu istiqamətdə ölkə prezidenti böyük zəhmət ortaya qoyub. Xarici siyasətdə balansın saxlanılması da Azərbaycanın normal inkişaf etməsinə şərait yaradır.

Politika.Az xəbər verir ki, İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi dönəmdə bir çox uğurlara imza atıb. Azərbaycanın nüfuzunun beynəlxalq aləmdə tanıdılması istiqamətində kifayət qədər ciddi işlər görülüb.

Azərbaycan regionun önəmli bir dövlətinə çevrilib. Eyni zamanda Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi platforma kimi tanınıb. Azərbaycanda dünya miqyaslı tədbirlər keçirilib.

Xüsusi olaraq beynəlxalq forumlar, idman oyunlarını qeyd etmək lazımdır. Nəqliyyat dəhlizlərinin sayı artırıldı. Bu uğurlar Azərbaycan prezidentinin əldə etdiyi uğurların bir hissəsidir.

Ölkə prezidenti bu gün dünyada sayılıb-seçilən liderlər sırasındadır. 2003-cü ildən bəri ötüb keçən zaman içərisində dövlət xadimi, siyasi lider kimi özünü təsdiq etdi. Azərbaycana böyük sədaqət və sevgi ilə xidmət etdiyini ortalığa qoydu.

Onun prezidentliyi dövründə Azərbaycan bütün sahələrdə inkişafın yüksələn dövrünü yaşadı. Ölkəmiz Cənubi Qafqazın lider dövlətinə çevrildi.

Politika.Az



Oxunub: 3568


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il