İlham Əliyevin həssaslığı: xalqın heysiyyatına toxunan məmurların menyusuna - Faktlar

 xalqın heysiyyatına toxunan məmurların menyusuna
Əhalinin sosial problemlərinin həllinə göstərilən diqqət və qayğı ölkə vətəndaşlarının dövlətə və Prezidentə inamını daha da artırır

Bu barədə Politika.Az-ın Analitik Mərkəzi məlumat yayıb.

Prezident İlham Əliyev dünyanı cənginə alan maliyyə böhranının davam etdiyi bir şəraitdə Azərbaycanın yeni dövr üçün iqtisadi siyasət prioritetlərini açıqlayıb.

Böhranın dərinləşdiyi bir dövrdə yeni qlobal iqtisadi və siyasi çağırışlara adekvat olaraq islahatları davam etdirmək, idarəetmə sistemini çevik, şəffaf və səmərəli mexanizmlər əsasında formalaşdırmaq, biznes mühitini liberallaşdırmaq, makroiqtisadi sabitliyi təmin etmək istiqamətində islahatlar aparmaq qarşıda dayanan əsas vəzifələrdəndir.

Son 12 ildə həyata keçirdiyi çevik və məqsədyönlü siyasətlə özünü təcrübəli dövlət xadimi, bacarıqlı rəhbər kimi təsdiqləməsi, real ideya və proqramlarla insanların inam və etimadını qazanması cənab İlham Əliyevin yüksək liderlik keyfiyyətlərinə malik olduğunu bir daha təsdiqləyir.

Politika.Az yazır ki, son olaraq deputat Astan Şahverdiyevin səhvi ucbatından vətəndaşların qıcıqlanmasına da ölkə rəhbərliyinin həssas reaksiyası göstərir ki, Azərbaycan dövləti və prezidenti xalqının yanındadır.

Ölkədə həyata keçirilən liberal iqtisadi siyasət makroiqtisadi və maliyyə sabitliyinin qorunmasının təmin edilməsinə yönəlib.

Dayanıqlı iqtisadi artımın və iqtisadiyyatın modernləşməsinə dəstək verən siyasətin dərinləşdirilməsi, qeyri-neft sektorunun sürətlə inkişaf etdirilməsi qarşıdakı dövr ərzində prioritet istiqamət təşkil edəcək.

Müstəqillik tarixinə yeni quruculuq səhifələri yazan Azərbaycan dövlətinin iqtisadi potensialı artdıqca onun vətəndaşlarının da güzəranı yaxşılaşır, onları narahat edən problemlər getdikcə azalır, ölkədə gedən böyük abadlıq və quruculuq işləri insanları sevindirir.

Bütövlükdə əhalinin irəli sürdüyü məsələlər öz həllini daha tez tapır. Ölkə Prezidenti haqlı olaraq qeyd edir ki, qazanılmış nailiyyətlər böyük zəhmət hesabına əldə edilib.

Cənab Prezident bildirir: "Bu, göydən düşən nemət deyildir. Buna biz özümüz nail olmuşuq. Buna Azərbaycan xalqı nail olub. Bizim siyasətimiz bu sahədə də öz səmərəsini bir daha göstərmişdir".

Politika.Az xəbər verir ki, dövlətinin başçısı, cəmiyyəti incidən, narazılıq yaradan xoşagəlməz hallara qarşı mübarizənin də daha ciddi aparılacağını xüsusi qeyd edib.

Xüsusilə korrupsiyaya, rüşvətxorluğa qarşı aparılan ciddi mübarizə nəticəsində son illərdə əldə olunmuş nailiyyətlərin xalqı sevindirdiyini də vurğulayır.

Prezident xoşagəlməz halların olmayacağını, Azərbaycan cəmiyyətinin nümunəvi, güclü dayaqları olan cəmiyyətə çevrilməsinin bir daha əsas məqsəd kimi qarşıda durduğunu bildirib.

Ölkə əhalisinin normal həyat şəraitini təmin etmək üçün yeridilən sosial siyasətin nəticələri günbəgün özünü göstərir.


Politika.Az



Oxunub: 8573


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il