"Mikayıl Müşviqin güllələnməsi şou idi" - Elza Seyidcahan

"Mikayıl Müşviqin güllələnməsi şou idi"
"Nəsiminin dərisinin soyulması şou idi"

"Müşviqi, Mirzə Cəlili başa düşmürdülər, məni da başa düşmürlər"


Politika.Az xəbər verir ki, ARB TV-nin "Ömrün Fəsilləri" verilişinin budəfəki qonağı əməkdar artist Elza Seyidcahan olub.

Sevilən ifaçı onu şou yaratmaqda günahlandıranlara cavab verib:

"Məgər Otellonun Dezdemonanı boğması şou deyildi? Amma bunun arxasında bir səbəb var. Hamletin əmisi dayısını öldürüb, anasına sataşıb - o şou deyil? Ölülər tamaşası - "Kefli İsgəndər" məgər şou deyil? Ancaq Cəlil Məmmədquluzadənin yazısında böyük məntiq var. Müharibə filmlərinə baxırdıq. O, bunu vururdu, bu onu vururdu, ancaq uşaq vaxtı heç nə başa düşmürdük. "Nəsimi" filmində gözləyirdik ki, Nəsiminin dərisini soysunlar, ona baxaq. Orada Nəsiminin dediyi rübailəri, qəzəlləri anlamırdıq. Baxırdıq ki, Atası Şəmsi boğdu, Dövlət bəyin başını gətirdilər. Belə baxanda, bunların hamısı həyati şoulardı. Amma arxasında nələr var. Mikayıl Müşviqi güllələdilər - bu şou deyil? Nəyə görə güllələdilər? İndi Elza Seyidcahan da qəhqəhə çəkdisə, bilmək lazımdır ki, nəyə görə güldü. Mikayıl Müşviqləri, Cəfər Cabbarlıları, Hüseyn Cavidləri, Əhməd Cavadları, Cəlil Məmmədquluzadələri, Mirzə Ələkbər Sabirləri hansı insanlar ki, başa düşmürdülər, nakam bunları öldürdülər. Amma bu gün bəşəriyyət onlara gülür. Onları öldürənlər hardadır? Onları öldürənlərin adı da yoxdur və cəhənnəmdədirlər Allah bilir".

Tanınmış müğənni xoşbəxt olduğunu açıqlayıb:

"Mən hərtərəfli xoşbəxtəm. Qızlar bulağından su içəndən sevilirəm. Qadın daha necə xoşbəxt olar? 4 övladım var. Ana kimi də, bəstəkar kimi də xoşbəxtəm. Nə analıqda, nə qadınlıqda, nə də ki, bəstəkarlıqda Allah məni yaratmadı, özümü yaratdı. Mənə bənzəmək istəyənlər çoxdur. Bənzəyirlər, ardımca gəlirlər. Kütlə balacadır, mən artıq böyük insanlar var ki, vətənlərinə xeyir gətiriblər, bayrağımızı qaldırıblar onların sevgisini qazanmışam.

Əməkdar artist bacılarından danışıb: "Biz 4 bacıyıq. Bacılarım mənə deyir ki, biz bacı da olmasaydıq, tanış olsaydıq, səninlə rəfiqə olmağı özümüzə şərəf bilərdik".



Politika.Az



Oxunub: 1841


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il