İnstaqramdan pul qazanan məşhurlarımız - 1 paylaşımı 6500 AZN

İnstaqramdan pul qazanan məşhurlarımız
4 aydır ki, instaqramda böyük biznes quran Samiraldo ( 216 min izləyici) hər reklam xarakterli paylaşım üçün minimum 200 AZN alır:

“Mən böyük şirkət, klinikalar və butiklərlə çalışıram. Onların reklamı müqabilində qonorar əldə edirəm. Həm mən, həm də onlar qazanır. Minimum reklam qiyməti 200 AZN-dən başlayır. Ancaq böyük bir telefon mağazası ilə anlaşmışam. Onlar mənə 6500 manat dəyərində telefon bağışlayıblar. Mən isə onların reklamını edirəm”.

Günay İbrahimli (725 min) – 1000 AZN

Sevda Yəhyayeva (621 min) – 500 AZN

Afaq Gəncəli (447 min) – 500 AZN

Ancaq izləyicisi çox məşhurlar sırasında bu biznesə qoşulmayanlar da var. Xalq artisti Aygün Kazımova (445 min), Rəqsanə İsmayılova ( 269 min), Məleykə Əsədova ( 169 min), Nadir Qafarzadə (231 min) həmin məşhurlar sırasındadır.

Ölkədə ən çox izləyici sayına görə liderlərdən olan Sevil və Sevinc Səfərovalar (891 min izləyici) isə açıqlamasında ancaq bəyəndiyi məhsulları öz lövhələrində ödənişsiz reklam etdiklərini söyləyib.

Müğənni Xatirə İslam (661 min) isə dostlarının məhsullarını ödənişsiz səhifəsində reklam etdiyini bildirib:

“Bir manat belə verən olmayıb. Dost-tanışların xahişi ilə paylaşıram. Həmçinin, bizə hədiyyə göndərənlər olub. Onları nəzakətən paylaşıram. İzləyiciləri əziyyətlə toplamışıq. Deməli, biz o insanlara maraqlıyıq. Bu səbəbdən mən də pulla reklam etmək qərarına gəlmişəm”.

472 min izləyicisi olan rəqqasə Oksana Rəsulova isə səhifələrində tez-tez reklam edən məşhurlardandır. Lakin o, qiymət açıqlamaqdan imtina edib.

Politika.Az



Oxunub: 745


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il