Fazil Məmmədov Ziya Məmmədovu niyə yoxladır? - Sensasion gəlişmə

Fazil Məmmədov Ziya Məmmədovu niyə yoxladır?
Beynəlxalq Avtovağzal Kompleskinin ticarət mərkəzində işlər dayandırılıb

Politika.Az bildirir ki,
səbəb kimi Avtovağzal ərazisinə Vergi Müfəttişliyinin əməkdaşlarının ciddi yoxlamalar aparmaq üçün gəlmələri göstərilir.

Dükan sahiblərinin qeyd etdiyinə görə, müfəttişlər bütün sənədləri yerində olan dükanlara da cərimə yazır və təcili surətdə yazılan cərimələrin verilməsini tələb edirlər. Avtovağzal rəhbərliyi də məhz bu səbəbdən bütün obyektlərin bağlanması ilə bağlı tapşırıq verib.

Dükan sahiblərinin qeyd etdiyinə görə, avtovağzal ticarət mərkəzində 99% dükan bağlıdır. Ticarət mərkəzi tam olaraq qaranlığa qərq olub. Prosesin nə vaxta qədər davam edəcəyi məlum deyil.

“2009-2013-cü illərdə Regionların sosial və iqtisadi inkişaf dövlət proqramı”nda və digər rəsmi sənədlərdə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin Nəqliyyat Nazirliyinin sifarişi ilə inşa edildiyi bildirilir.

Hətta açılış mərasimində nazir Ziya Məmmədov özü Prezident İlham Əliyevə bu Kompleksi təqdim edib. O, bildirib ki, Kompleks Nazirliyin sifarişi ilə, baş podratçı “Bakı XXI Əsr” MMC tərəfindən inşa edilib.

Politika.Az bildirir ki, Bakı Beynəlxalq Avtovağzal Kompleksini tikən şirkət (ZİQAN Construction) Nəqliyyat nazirinin oğlu Anar Məmmədova məxsusdur.

Kompleksi idarə edən şirkətin isə (“Bakı XXI Əsr”) təsisçisi onun əmisi, keçmiş deputat Elton Məmmədovdur. Nəqliyyat naziri Ziya Məmmədov isə bu beynəlxalq avtovağzala lisenziya verib.

Vergilər naziri ilə nəqliyyat naziri arasında indiyə imi ciddi bir problem yaşanmayıb. Buna mətbuat səhifələrində də rast gəlmək olmaz. Lakin nazirin qəflətən həmkarının obyektini yoxlatması sırf siyasi motivlərlə əlaqələndirilir.

İddialara görə, Məmmədovların “vurulması” prosesinin davamı olaraq ticarət mərkəzində vergi yoxlaması başladılıb. Bu da yuxarı dairələrin diktəsi ilə həyata keçirilir.

Çünki Məmmədovlar erası bitmək üzrədir. Bu süqutun səbəbkarı da özləridir. Vaxtilə nəqliyyat naziri və ətrafının fəaliyyəti, hərəkətləri ciddi şəkildə narazılıq doğurmuşdu. Ona görə də vergi nazirinin bu təftişi də məhz planın tərkib hissəsidir.

Politika.Az



Oxunub: 6265


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il