Taleh Ziyadovu kimlər və niyə “vurur”? - Gizlinlər

Taleh Ziyadovu kimlər və niyə “vurur”?
Bir neçə gündür ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC-nin baş direktoru Taleh Ziyadov əleyhinə kampaniya gedir

Politika.Az-ın əldə etdiyi məlumata görə,
gənc məmurun “vurulmasının” gerçək səbəblərinin təfərrüatı üzə çıxıb.

Məlum olub ki, T.Ziyadovla bağlı kampaniya bəzi dairələrdən gələn təlimat əsasında icra olunur. Məqsəd onun mənsub olduğu siyasi klana təzyiq etmək və postuna öz kadrını hazırlamaqdır.

O baxımdan QSC rəhbəri barədə müxtəlif informasiyalar tirajlanır. Doğrudur, ittiham və faktlar həqiqətə yaxındır. Ziyadovun kristal məmur olduğunu söyləmək gülünc olardı.

Çünki sistem içində onun korrupsiya fəaliyyəti inkarolunmazdır. Üstəgəl, elə bir posta sahiblənib ki bu sahə üzrə ciddi maxinasiyalar üçün əlverişli şərait var.

Elə bunu görən qüvvələr qara piar kampaniyasını gücləndirib. Onun nəqliyyat naziri Ziya Məmmədovla yaxınlığının da “vurulmasına” səbəb olduğu bildirilir.

Qeyd edək ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının direktoru Fətullah Gülənin adamı kimi təqdim olunub. Onun korrupsiya əməllərinin kiçik bir qismini sənədlərlə yayıblar.

Belə bir qənaət formalaşır ki, Taleh Ziyadov Bakı Beynəlxalq Dəniz Ticarət Limanını öz şəxsi şirkəti kimi idarə edir.

Aydın görünür ki, Taleh Zahidov və komandası dövlətin əsas strateji obyektlərindən biri olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanınını bir neçə adamın şəxsi gəlir yerinə çevrib və dövlətin gəlirləri sadəcə talan olunur.

Mənbə bildirir ki, Taleh Ziyadovun müşaviri M.Abbasova məxsus “Alternativ Group” şirkətinin hesabına köçürülən 250 min manatın heç 25 min manatı da Liman ərazisində xərclənməyib.

Politika.Az



Oxunub: 7403


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il