Vitse-prezident təyinatı gündəmdən çıxdı - İlginc səbəblər

Vitse-prezident təyinatı gündəmdən çıxdı
Vitse-prezidentlərin nə vaxt təyin ediləcəyi ilə qeyri-müəyyən olaraq qalmaqdadır. Müxtəlif mülahizələr irəli sürülsə də, təsdiqini tapmadı

Politika.Az-ın verdiyi məlumata görə,
növbədənkənar prezident seçkilərinin olmayacağının dəqiqləşməsi də bu məsələni gündəmdən çıxarıb.

Artıq bu mövzuda müzakirələr getmir. Ekspertlərin və analitiklərin şərhləri də hakimiyyətin siyasəti ilə üst-üstə düşmədi. Prezident İlham Əliyev məsələni bağladı.

İqtidar düşərgəsindəki dinamiklik və vitse-prezidentlik uğrunda ambisiyalar da kənara qoyulub. Ən azı yeni ilə qədər bu təyinatların olmayacağı görünür.

Bunun səbəblərinin siyasi motivləri bəlli deyil. Ola bilsin ki, hökumət əsas resurslarını anti-böhran tədbirlərinə səfərbər edib və kadr siyasətindəki qərarları sonraya saxlayıb.

Prezident İlham Əliyev növbədənkənar prezident seçkilərinin keçirilməyəcəyini bəyan etdikdən sonra bu məsələdə qeyri-müəyyənlik yaranıb. Çünki bəzi iddialara görə, vitse-prezident təsisatını referendumdan sonra seçiləcək prezident yarada bilər, ona görə də vitse-prezidentlik təsisatı 2018-ci ilin prezident seçkisindən sonra yaradılacaq.

Mötəbər mənbələrdən daxil olan məlumatlara görə, vitse-prezidentlik təsisatı ən uzağı aprelin 12-ə qədər yaradılacaq və uyğun təyinatlar olacaq. Bu barədə istiqlal.az da xəbər yayıb.

Bildirilir ki, prezident İlham Əliyev 2016-cı il 26 sentyabr tarixli referendum nəticəsində qəbul edilmiş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının qüvvəyə minməsi ilə əlaqədar müvafiq hüquqi aktların layihələrinin hazırlanması barədə sərəncam tam icra edildikdən sonra bu təsisat yaradılacaq və vitse-prezidentlər təyin ediləcək.

Politika.Az-a daxil olan iddialara görə, prezidentin növbədənkənar seçkilərin keçiriləcəyi barədə söz-söhbətləri təkzib etməsi nazirləri sakitləşdirib.

Onlar daha bir-birinin əleyhinə qara piar kampaniyası aparmır. Hərçənd, bəzi nazirlər vitse-prezidentlik üçün olmazın üsullara əl atırdılar. Ölkə başçısının müsahibəsi ilə bu məsələ bir müddətlik bağlanıb. Hazırda iqtidar içərisində sükut hökm sürür.

Sərəncam 12 oktyabr 2016-cı ildə verilib və icra müddəti 6 aydır. Sərəncamda Nazirlər Kabineti altı ay vaxt verilir ki, hüquqi-aktları Konstitusiya dəyişikliyinə uyğunladırılmasını təmin etsin və dəyişikliklərdən irəli gələn müvafiq hüquqi aktların layihələrini hazırlayıb prezidentə təqdim etsin. Bu müddət bitəndən sonra vitse-prezident postlarına təyinat olacaq”.

Millət vəkili Qüdrət Həsənquliyev jurnalistlərə müsahibəsində birinci vitse-prezidentliyə ən layiqli namizəd birinci ledi Mehriban Əliyevanı göstərib.

Politika.Az



Oxunub: 4107


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il