Rəhbəri lüks maşında, Bakı Nəqliyyat Agentliyi isə xalqa zülm edir - Faktlar

Rəhbəri lüks maşında, Bakı Nəqliyyat Agentliyi isə xalqa zülm edir
Bakı Nəqliyyat Agentliyi xalqa zülm edir; Agentliyin rəhbərliyi şəxsi avtomobildən istifadə etdiyi üçün sərnişinlərin ictimai nəqliyyatda çəkdiyi çətinliyi dərk etmir...

Politika.Az xəbər verir ki,
bu günlərdə agentlik tərəfindən 53 saylı marşrutun hərəkət istiqaməti dəyişdirilib.

Daha doğrusu, hərəkət məhdudlaşdırılıb. Bu da 2-ci Alatavaya gedən sakinlərin işini birə beş artırıb. Əvvəllər, bu avtobuslar qəsəbəyə qədər gedirdi. İndisə yalnız “Elmlər Akademiyası” stansiyasınadək hərəkət edir.

Nə “İnşaatçılar” metrosuna gedir, nə Alatavaya. Qəsəbəyə gedən bir marşrut belə yoxdur. Sərnişinlər min bir əziyyətlə Şərifzadədə düşüb piyada getməli olurlar. Nəticədə uzun bir yol qət edirlər.

Qəsəbə sakinləri bildirirlər ki, 53-ün yerinə başqa marşrut xətti açılmayıb. Qarşıdan üış gəldiyini deyən sakinlər qeyd edirlər ki, Bakı Nəqliyyat Agentliyi insanlara işgəncə verir.

Onlar dəvət edirlər ki, qurumun rəhbərliyi lüks avtomobilindən bircə dəfə enərək həmin yolu getsin. Əgər xoşuna gəlsə, bu problemi bir daha qabardan deyillər.

Sakinlər Politika.Az-a yazıb: “Biz hər dəfə Şərifzadədə düşüb ayaqla gedirik. Alatavaya heç bir marşrut işləmir. Rəhbərliyin gözünə bu marşrut pis görünüb deyəsən.
Bakı Nəqliyyat Agentliyi rəhbəri Vüsal Kərimlini qəsəbəyə çağırırıq. Elə ictimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Nuridə Allahyarova da gəlsin. Baxsınlar ki, insanlara hansı əziyyət verirlər”.

Qeyd edək ki, Vüsal Kərimli bundan əvvəl "BakuBus" MMC-nin direktor müavini vəzifəsində çalışıb. Əlavə edək ki, Bakı şəhərinin inzibati ərazisində fəaliyyət göstərən 29 və 53 nömrəli müntəzəm şəhərdaxili marşrut xətlərinin hərəkət istiqamətində dəyişiklik edilib.

Nuridə Allahyarova bildirib ki, təhlillər zamanı sərnişinlərin çoxsaylı müraciətləri nəzərə alınaraq sərnişindaşımada istifadə edilən avtobusların daxili və xarici tərtibatları müasir standartlara cavab verən, texniki baxımdan vəziyyəti saz olan, xüsusən də vahid nağdsız ödəniş sisteminə keçən marşrut xətt daşıyıcılarına əsas üstünlük verilir.

N.Allahyarovanın sözlərinə görə, dəyişikliyə əsasən bundan sonra 29 saylı marşrut üzrə hərəkət edən avtobuslar metronun “Memar Əcəmi” stansiyası və 3-cü mikrorayon dairəsi yaxınlığındakı dayanacaqlardan keçməyəcək.

53 saylı marşrut xətti üzrə hərəkət edən avtobuslar isə Dövlət Bayrağı Meydanından metronun “Elmlər Akademiyası” stansiyasınadək hərəkət edəcək.
Bu marşrut üzrə avtobusların əvvəllər olduğu kimi Şərifzadə küçəsindən keçməklə Alatava yaşayış sahəsinə gediş-gəlişi Bakı Nəqliyyat Agentliyi tərəfindən qadağan edilib.

Politika.Az



Oxunub: 2079


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il