“Lal deputat”: İqbal Məmmədov nə vaxt çıxış etdiyini unudub - ÖZƏL

İqbal Məmmədov nə vaxt çıxış etdiyini unudub
Parlamentin “ölüvay” deputatları cərgəsində daha biri yer alır. Bu dəfə Lerikin millət vəkili İqbal Məmmədov barəsində arayış hazırlamışıq

Politika.Az-ın “lal deputat” rubrikasının növbəti qonağı olan Lerik deputatının ilk və on dəfə nə zaman Milli Məclisdə çıxış etdiyi yada gəlmir.


Seçiciləri də deputatın onlarla nə vaxt görüşdüyünü xatırlamır. Məsələn, Lerikin Vedi kəndinə yol çəkilməsi yerli camaatın pulu hesabına reallaşıb. Bu problemin həllində deputatın əhalinin yanında olmayıb. Onun harada olduğu isə sakinlərə sirr deyil.

İ.Məmmədov “Relax” istirahət mərkəzinin inkişafı və biznesinin çiçəklənməsinə görə başı möhkəm qarışıqdır. Ona görə də parlamentdə nə zaman çıxış eləməsi heç özünün də yadına düşmür.

Ancaq indiyə qədər parlamentdə xalqın gününə ağlayan bir çıxışı ilə yadda qalmayıb. O, Ağalar Vəliyev. Kamaləddin Qafurov, Nəriman Əliyev kimi bizneslə məşğul olan deputat kimi tanınır.

Di gəl biznes fəaliyyəti əsas vermir ki, deputat MM-də ağzına su alıb otursun. Lerikin, rayonun ucqar kəndlərinin, o cümlədən regionun “n” qədər problemləri var.

Amma deputat MM-də ağzını açıb bir kəlmə deməyib. Hətta Qarabağ mövzusunda, hər hansı qanun layihəsinin müzakirəsində, aktual problemlərin həllində təklifləri, fikirlərinə rast gəlinməyib.

Politika.Az-ın xəbərinə görə, "Kaspi Yıldız” şirkəti və "Relax” istirahət mərkəzi sahibi olan millət vəkili Lerikdə yüzlərlə hektar torpaq sahəsini öz nəzarətinə keçirərək təsərüfat qurub.

Rayonun icra başçısı Rövşən Bağırovla yaxın münasibətləri olan deputat Lerikin əksər gəlirli sahələrini öz nəzarətinə keçirib.

Deputatın qardaşı Çingiz Məmmədovun rəhbərlik etdiyi “Kaspi Yıldız” şirkətinin istehsal etdiyi yanğınsöndürmə qurğuları əslində illərdir ki, bütün ölkə boyu sahibkarlara məcburi şəkildə və fantastik qiymətlərlə satılır.

Bundan başqa dövlət qurumlarının, komitələrin və digər dövlət müəssəsələrinin binalarının əksəriyyətinin yanğınsöndürmə avadanlıqlarını məhz bu şirkət quraşdırıb. Qeyd edək ki, Məmmədov İqbal Nəriman oğlu 1965-ci Lerikin Rəzgov kəndində anadan olub.

1982-ci ildə Azərbaycan Respublikası Xalq Təsərrüfatı İnstitutunun Mühasibat Uçotu və təsərrüfat fəaliyyətinin təhlili fakültəsinə qəbul olub və 1988-ci ildə təhsilini başa vurub.

Elə həmin ildə Azərbaycan neft sənayesində gənc mütəxəssis kimi əmək fəaliyyətinə başlayıb. Onun əmək fəaliyyəti Neft Daşları, Nəriman Nərimanov və Qum adası neft-qaz çıxarma idarələrində operatorluqdan rəis müavini kimi yüksək bir pilləni əhatə edir.

1996-cı ildə nəinki Azərbaycanda, bütövlükdə Xəzəryanı ölkələrdə analoqu olmayan “Kaspi-Yıldız” Azərbaycan-Türkiyə müştərək istehsal müəssisənin İdarə Heyətinin sədri seçilən İqbal Məmmədov az sonra baş direktor vəzifəsinə irəli çəkilib.

Sahibkarlıq fəaliyyəti ilə Azərbaycan iqtisadi sahəsinə verdiyi töhfələrə görə 2005-ci il tarixində “Tərəqqi” medalı ilə təltif edilib.

2010-cu ilin noyabrında 78 saylı Lerik seçki dairəsindən millət vəkili seçilib. 2015-ci il Azərbaycan Respublikası Milli Məclis(V çağırış) seçkilərində Yeni Azərbaycan Partiyasından namizədliyi irəli sürərək, 78 saylı Lerik seçki dairəsindən millət vəkili olaraq seçilib.

Politika.Az



Oxunub: 1366


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il