Rasizadədən şok Medvedev variantı: nazirlərin “X” günü başlayır - Təfərrüat

 nazirlərin “X” günü başlayır
Baş nazir Artur Rasizadə nazirlər üçün “X” günü hazırlayıb

Politika.Az-ın əldə etdiyi xəbərə görə,
Nazirlər Kabinetinin üzvləri hər ay baş nazirə təkbətək hesabat verməli olacaq.

Rusiyanın baş naziri Dmitri Medvedev hər ay nazirlərdən hesabat tələb edir. Üstəlik, bu hesabat efirdə yayımlanır və nöqsanlar birbaşa nazirlərin üzünə söylənir.

Azərbaycan belə açıq variant keçməsə də, baş nazirin onlardan hər ay hesabat istəməsi tələb olunub. Rasi-zadə qarşısında öhdəlik kimi qoyulan bu məsələ iqtisadi böhranla əlaqədardır.

İndiyə qədər nazirlərin fəaliyyətində maxinasiyalar, korrupsiya faktları qeydə alınıb. Ancaq neftdən gələn milyardlara görə büdcənin talanmasına göz yumulurdu.

2014-cü ildən iqtisadi vəziyyət dəyişib və nazirlər hər ay büdcə vəsaitlərinin xərclənməsi haqda hesabat verməlidir. Baş nazirə isə prezident tərəfindən nəzarət olunduğu xəbər verilir.

Artıq o zaman deyil ki, nazirlərin korrupsiya və mənimsəmə faktlarının üstündən sükutla keçilsin. Böhran hökuməti qənaət rejiminə keçməyə vadar edib.

Politika.Az-ın əldə etdiyi xəbərə görə, hökumət struktur islahatları həyata keçirir. Belə vaxtda nazirlərdən hesabat istənməsi də real görünür.

Prezident ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da bu günlərdə bəyan edib ki, hökumət qənaət rejiminə keçib və neft dövrü geridə qalıb.
Eyni zamanda prezident İlham Əliyev də bildirmişdi ki, qeyri-neft sektorunun inkişafı gücləndirilməlidir və neft dövrü artıq keçib.

Bu günlərdə isə YAP-şı deputat Siyavuş Novruzov struktur islahatlarının vacibliyini vurğulamışdı və bəzi qurumların ləğv ediləcəyinin anonsunu vermişdi.
Bundan başqa, Azərbaycan Mərkəzi Bankı manatın məzənnəsini sabit saxlamaq üçün hələ də ehtiyat sərf edir.

Neft fondunun vəsaitlərini satışa çıxarır və bunun hesabına bazarı dollarla təmin edir, uçot dərəcəsini qaldırır və manatla olan pul kütləsini məhdudlaşdırmaqla dollara olan tələbatı azaldır, yəni inzibati yollarla kursu saxlaya bilir.

Politika.Az



Oxunub: 8860


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il