Mərdanovun dərslik biznesi hədəfdə: nazir gizli mətbəə saxlayır? - Şok iddialar

 nazir gizli mətbəə saxlayır?
Azərbaycanda dərsliklərin hazırlanmasında yeniliklər gözlənilir. Bu ilk növbədə ənənəvi dərslik müəlliflərinin əvəzlənməsində özünü göstərəcək. Bu barədə qaynarinfo.az xəbər yayıb

Politika.Az məsələ barədə yeni məlumatlar əldə edib.
Redaksiyamıza verilən xəbərə görə, Azərbaycanda gizli “Nina” mətbəəsi fəaliyyət göstərir.

Məlumdur ki, “Nina” mətbəəsi Bakıda 1901-1902-ci illərdə, bolşeviklərin gizli mətbəəsi olub.
Buna bənzər mətbəənin məmurların himayəsi altında fəaliyyət göstərdiyi deyilir.

Orada sənədləşmədən kənar dərsliklər çap olunur. Bu fakt gizli saxlanır. Ölkədə gizli kitab biznesini də həmin mətbəəni saxlayanlar himayə edir. İddialara görə, bu mətbəənin fəaliyyətini genişləndirmək planı var.

Misir Mərdanovdan dərslik biznesini almaq istəyən qüvvələrin təhsil naziri Mikayıl Cabbarov və müavini Ceyhun Bayramova yaxın olduğu iddia edilir.

Politika.Az olaraq yazmışdıq ki, Azərbaycanda gizli dərsliklərin çap olunması və tirajının azaldılması ilə bağlı araşdırmalar başlanıb.

Məlumata görə, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi Təhsil Nazirliyinin göz yumduğu "dərslik əməliyyatı”nı təftiş edir. Ölkə üzrə sifariş olunan dərsliklərin sayı ilə çap olunanların həcmi ziddiyyət təşkil edib.

Qaynağımız qeyd edib ki, bu maxinasiyalardan təhsil naziri Mikayıl Cabbarovun da xəbəri olub. Nazir bilib ki, dərsliklərin tirajı az vurulub və ayrılan vəsaitlər mənimsənilib.

Bu korrupsiya əməliyyatından nazirə pay-püş çatıb-çatmadığı bilinmir. Artıq orta məktəb dərsliklərində ağlasığmaz məsələlər, mətnlərin yer aldığı, təhsilə dəxli olmayan hallar barədə yazıldığı valideynləri də bezdirib.

Üstəlik, uşaqların kütləşməsi, savadsızlaşmasına şərait yaradan məsələlərin, habelə bəzən əxlaqsız mətnlərin belə dərsliklərə yol tapması artıq biabırçılığın hansı həddə olduğunu göstərir.

Politika.Az yazır ki, Nazirlər Kabineti Təhsil Nazirliyinə dərslik müəllifləri ilə müqavilələr bağlamaq səlahiyyəti verib. Bununla da ehtiyat dərsliklərin hazırlanmasında elmi potensialdan istifadə ediləcək.

Hazırda əksər dərslik müəllifləri bu işə sabiq təhsil naziri Misir Mərdanovun dövründə başlayıblar. Gözlənilən odur ki, qarşıdakı mərhələdə məhz sabiq nazirlə yaxınlığı ilə bilinən belə müəlliflərlə yollar ayrılacaq. Hər il Təhsil Nazirliyi xətti ilə dərsliklərə milyonlarla manat xərclənir.

Politika.Az



Oxunub: 2376


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il