Elman Rüstəmovun karyerasına son qoyulur

Elman Rüstəmovun karyerasına son qoyulur
Vyanada keçirilən “rüşvət məhkəməsi” Azərbaycan hakimiyyəti üçün daha dramatik fazaya keçərsə, baş bankir Beynəlxalq Bankın rəhbəri Cahangir Hacıyevlə əvəzlənəcək

Mərkəzi Bankın sədri Elman Rüstəmovun tutduğu vəzifədən azad edilməsi gündəmə gəlib. İqtidar mətbəxindən “Azadlıq”a verilən məlumata görə, məsələnin kökündə Elman Rüstəmovun adı da hallandığı Vyanada keçirilən “rüşvət məhkəməsi” dayanır.
Söhbət Avstriyanın Mərkəzi Bankının törəmə müəssisəsi, banknot çap edən “OeBS” şirkətinin rəhbərliyinin işi üzrə keçirilən məhkəmə prosesindən gedir.

Cinayət işinin materiallarına əsasən 2005-2011-ci illərdə “OeBS” şirkəti ilə Azərbaycan Mərkəzi Bankı arasında milli valyutanın-manatın çapına dair bağlanmış müqavilələrdən Mərkəzi Bankın rəsmilərinə 20 faiz həcmində “şapka” ödənilib. Rüşvət pulları Panamada qeydiyyatdan keçmiş offşor şirkətin hesablarına köçürülüb. Bir neçə prosesdə Azərbaycanla məsələ xüsusilə diqqətdə olub.

Qeyd edək ki, Avropanın nüfuzlu nəşrləri mütəmadi olaraq yazılar dərc edir. Azərbaycan hakimiyyəti də prosesi ciddi şəkildə izləyir. Məlumatda bildirilir ki, iqtidar “Vyana prosesi”nin gedişatından asılı olaraq Elman Rüstəmovun tutduğu vəzifədən uzaqlaşdıra bilər. Əgər “rüşvət məhkəməsi” Azərbaycan hakimiyyəti üçün daha dramatik fazaya keçərsə, baş bankir Beynəlxalq Bankın rəhbəri Cahangir Hacıyevlə əvəzlənəcək.



Oxunub: 970


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il