Çovdarov Mahmudovun üstündən şimşəkləri çəkdi, Zeynalov isə Abbasovu “satdı” - ÖZƏL

Çovdarov Mahmudovun üstündən şimşəkləri çəkdi, Zeynalov isə Abbasovu “satdı”
MTN işi ilə paralel olaraq rabitə işi də davam edir; Bir tərəfdə MTN-nin odioz generalı Akif Çovdarovun məhkəmədə dedikləri, bir yanda isə Rabitə Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovun söylədikləri mətbuatda ictimailəşir...

Politika.Az-ın Analitik Mərkəzinin apardığı analogiyadan çıxan nəticə ondan ibarətdir ki,
general Çovdarov sabiq nazir Eldar Mahmudovu satmadı və bütün şimşəkləri üzərinə çəkdi.

MTN generalı eks-nazir əleyhinə bir fakt belə açıqlamadı və nə günahı varsa çəkəcəyini bəyan etdi.

Çovdarov Mahmudova qarşı itənilən ittihaml səsləndirə, faktları ortaya qoya bilərdi. Amma bunu etmədi və şərikini qorudu. Rabitə işində isə çox böyük fərqlər var. V.Zeynalov sabiq rabitə naziri Əli Abbasovu hər məhkəmə çıxışında satır.

Habelə, nazirliyin digər əməkdaşları da Ə.Abbasovun üstünə yıxır və onun təlimatlarının yerinə yetirdiklərini bildirirlər.

Politika.Az xəbər verir ki, V.Zeynalov onu hər addımda zor duruma salıb. Deyib ki, “Qafqaz S” MMC-yə pul ayrılmasına sabiq nazir Əli Abbasov göstəriş verib:
“Mən və idarə rəhbərləri yalnız ayrılan pulların düzgün bölünməsinə nəzarət edirdik. Sonra işin başa çatıb-çatmamasına biz cavabdeh deyildik”.

E.Mahmudovun qısa mətndən ibarət şifrəli məktubunda A.Çovdarova hər şeyə görə təşəkkür etdiyi bildirilir. Gizli kodlarla və şifrəli ifadələrlə yazılmış məktubda E.Mahmudovun A.Çovdarova indiki məqamda gözləməyi məsləhət gördüyü deyilir.

Onun üçün hələlik heç bir şey edə bilməyəcəyini yazan keçmiş MTN rəhbəri hazırkı situasiyaya uyğun davranmağı tövsiyə etdiyi iddia olunur.

Yada salaq ki, nazirliyin Aparat rəhbəri Vidadi Zeynalov qulluq mövqeyindən sui-istifadə edib. Nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlər görülməyib.

Onların tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdildiyi üzə çıxıb.

Digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin ediblər.

Müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat vəsaitin nağdlaşdırılmaqla mənimsənilməsi və israf edilməsi müəyyənləşib.

Politika.Az



Oxunub: 5225


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il