Fond rəhbəri göyərti təsərrüfatını iflic edib: milyonlar havaya sovrulub? - Şok

 milyonlar havaya sovrulub?
Ölkənin göyərti təsərrüfatı iflic olub. Şaxtalı hava şəraiti nəticəsində rayonlarda göy-göyərti sahələrini don vurub. Şaxtalı hava Mərkəzi Aran rayonlarında göyərti əkini ilə məşğul olan fermerləri çətin vəziyyətə salıb.

Politika.Az-a verilən məlumata görə,
fermerlər bu səbəbdən ciddi zərər ediblər. Göyərti satanların ziyanını isə ödəyən yoxdur və biçarə vəziyyətdə qalıblar.

Əslində, göyərti əkənlərə dövlət tərəfindən stimul olaraq kompensasiya ödənməlidir. Bu işi həyata keçirmək isə Sahibkarlığa Yardım Milli Fondunun üzərinə düşür.
Amma fondun rəhbəri Şirzad Abdullayevi göyərti satanların taleyi maraqlandırmır.

Ölkənin aqrar sektoruna, fermerlərə dəstək məhz elə indi vacibdir. Hökumət qeyri-neft sektorunun, aqrar sahənin inkişafı üçün mühüm addımlar atmalıdır.

Daxili istehsalatın güclənməsi hesabına böhranın fəsadları daha az ola bilər. Ancaq göyərti təsərrüfatını don vurub və fon rəhbərliyinin vecinə də deyil.

Nəticədə Gürcüstandan kilosu 8 manat olmaqla Azərbaycana göyərti məhsulları idxal olunur. Yerli məhsullarda isə bahalaşma qeydə alınır, göyərtinin dəstəsi getdikcə keçəlləşir.

Politika.Az-a verilən məlumata görə, bu fond tərəfindən kreditlərin ayrılmasında ciddi korrupsiya hallarına yol verilməsi və kreditlərin əksər hallarda təyinatı üzrə xərclənmədiyi iddia olunur.

Eyni zamanda qeyd olunur ki, SKMF-dan xırda fermerlərin və orta təbəqəyə aid sahibkarların kredit götürülməsi bir çox hallarda mümkünsüz olur. Bu baş tutanda isə fermerlərdən haqq tələb olunur.

Fond dövlətin vəsaitini güzəştli kredit kimi yüksək vəzifəli şəxslər, böyük iş adamları arasında bölüşdürür. Hələ xeyli əvvəl mətbuatda bununla bağlı konkret faktlar açıqlanmışdı.

Həmin məlumatlarda bildirilirdi ki, fonddan kredit götürənlər ancaq yüksək vəzifəli məmurlardır ki, bunların da əksəriyyətini icra başçıları, nazir müavinləri, nazirliklərin şöbə müdirləri və digər vəzifəli şəxslər və onların bizneslərini idarə edənlərdir.

Dövlətin rəhbərliyində hesab edirlər ki, 2009-cu ildə yaradılan SKMF dövlətin ayırdığı vəsaiti nəzərdə tutulan sahələrin inkişafına yönəltsəydi indi ölkədə iqtisadi vəziyyət azı bir neçə dəfə hazırdakından yaxşı olardı.

Kənd təsərrüfatı və digər istehsal müəsissələri inkişaf edərdi və indiki böhran vəziyyətində bu ölkə iqtisadiyyatının neftdən və dollardan asılılığını xeyli dərəcədə önləmiş olardı. Göründüyü kimi SKMF-la bağlı çox ciddi məqamlar var və əgər doğurdan da, araşdırmalar başlayıbsa, heç şübhəsiz ki, ortaya ciddi maxinasiyalar çıxacaq.

Politika.Az onu da qeyd edir ki, əvvəllər sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyevin adamı kimi tanınan Şirzad Abdullayev onun həbsindən sonra postunu qoruyub saxlaya bildi.

Öz sahəsi üzrə peşəkar kimi xarakterizə olunan Ş.Abdullayevin bu durumda SKMF-nın xəttilə ayrılan yüz milyonlarla manat güzəştli kreditlərin vəzifəli şəxslərin əlinə keçməsinin, onlardan təyinatı üzrə xərclənməməsinin, bununla da fondun qarşısına qoyulan kiçik və orta biznesə yardım etmək vəzifəsinin öhdəsindən gəlinməməsinin yaratdığı çox ciddi məsuliyyətdən yayına biləcəyi çətin görünür. Ona görə də göyərtisini don vuran fermerlərə heç bir dəstək yoxdur.

Politika.Az



Oxunub: 2066


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il