Deputat Politika.Az-ın xəbərini təsdiqlədi: nazirlərin çəkişməsinin sensasion təfsilatı - ÖZƏL

nazirlərin çəkişməsinin sensasion təfsilatı
Hakim komanda daxilindəki qüvvələr arasında islahatları tətikləyənlərə tormozlayanların didişməsinin getdiyini xəbər vermişdik

İqtidar içərisində intriqaların dərinləşdiyini, ənənəvilərlə reformistlərin qarşıdurmasının gücləndiyini yazmışdıq.

Bu iki qruplaşmanın anti-böhranla mübarizəyə yanaşmasından xalqın əziyyət çəkəcəyini, hakimiyyətdaxili toqquşmaların ölkədə siyasi böhran yaradacağını bildirmişdik.

Politika.Az-ın yazdıqları artıq təsdiqini tapmaqdadır. Milli Məclisin deputatı Əli Məsimli müsahibəsində mühüm məqamları açıqlayıb:

“2016-cı il müstəqil Azərbaycan tarixinin ötən əsrin 90-cı illərinin birinci yarısını - 1991-1995-ci illəri əhatə edən transformasiya böhranından sonra ən ağır keçən böhranlı il oldu.

Hazırkı şəraitdə iqtisadi böhrana qarşı mübarizədə nəzərəçarpan pozitiv dəyişikliklərə nail olunmasının magistral yolu cəmiyyət həyatının bütün sahələrində radikal və sistemli, həm də real nəticələri cəmiyyətə görünən islahatlardan keçir”.

Millət vəkilinin sözlərinə görə, hazırda komandanın bir hissəsi prezidentin islahatlar paketini həyat keçirməklə məşğuldur:

“Bir hissəsi isə gözləmə mövqeyindədir. Bu baxımdan hazırda Nazirlər Kabinetinin fəaliyyətinin ən qüsurlu cəhəti onda deyil ki, bu kabinetə daxil olanların bir hissəsi Azərbaycan iqtisadiyyatının problemlərinin həllini günün tələbləri səviyyəsində görmürlər.

Bəla ondadır ki, onların bir hissəsi hələ də Azərbaycan iqtisadiyyatının neft gəlirlərinin gəlhagəlli vaxtının nostaljisinin təsirindən çıxa bilmədiklərindən, “bəlkə də qayıtdı” hisslərinə qapılıb iqtisadiyyatımızın ciddi böhran yaşadığı dövründə də heç bir problem görmürlər.

Problem görmürlərsə, həllinə də yetərli səviyyədə girişmirlər. Bu isə ölkəni daha dərin böhranlara, sistem böhranına apara bilər”.

Politika.Az dəfələrlə iqtisadi təhlillərdə yazıb ki, iqtidar içərisində islahatları dəstəkləyənlər var bir də ona qarşı gedənlər. Ə.Məsimli də çıxışında deyilənlərin eynisini analiz edib.

Belə ki, hakimiyyət kluarlarında gedən gərgin və qızğın müzakirələrdə iqtisadi böhranın dərinləşməsi mübahisələrə səbəb olub. Hökumət içindəki islahatçı qanadla ənənəvilər arasında qırğın gedir.

Hakimiyyətdəki qaynaqardan sızan xəbərdə deyilir ki, tormozlayıcı qüvvələrə antiböhran tədbirlərinin güclənməsinə imkan vermir.

Nazirlər Kabineti islahatların lokomotivi ola bilmədiyi üçün antiböhran tədbirlərini də ləngidir. Köhnə və qoca komanda islahatçı qüvvələrin çağırışlarına məhəl qoymur.

Politika.Az xəbər verir ki, prezident İlham Əliyev gənc islahatçılardan ibarət komandanın təşkili istiqamətində siyasətini möhkəmləndirəcək.

Onlar dövlət başçısının siyasi-iqtisadi reformalarına maneçilik törədir və islahatların tempinə uyğunlaşa bilmirlər. İqtidar komandasının çoxdan yenilənməsinə ehtiyac var. İ.Əliyevin hakimiyyəti dəyişmək siyasəti nəticəsində islahatlar intensivləşə bilər.

Müasir dünya ilə ayaqlaşa bilməyən nazirlərin, onların müavinlərinin, icra hakimlərinin iqtidarda təmsil olunması adekvat deyil.

Politika.Az



Oxunub: 6150


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il