Nəsimi şefinin oğlu hansı çəkmə müəsssisəsində saxlanır? - Şok gizlinlər

Nəsimi şefinin oğlu hansı çəkmə müəsssisəsində saxlanır?
Nəsimi rayon icra başçısının məhbus oğlunun xaricdə yaşadığı iddia edilir

Bu barədə Politika.Az-a verilən xəbərdə deyilir ki,
Asif Əsgərovun oğlu İlham Əsgərli 5 il azadlıqdan məhrum edilib.

Lakin onun hansı cəzaçəkmə müəsssisəsində saxlandığı açıqlanmır. Başçı oğlunun səhhətində problemlər olması adı ilə müalicə müəssisəsinə köçürüldüyü və oradan da şərti azadlığa buraxıldığı xəbər verilir.

Mənbənin qeydlərinə görə, icra başçısının övladı xaricdə yaşayır və onun yol qəzasına ölümünə səbəb olduğu Sənan Mirzəyevin atasına - “Mcdonalds” şirkətlər şəbəkəsinin Azərbaycan nümayəndəliyinin rəhbəri Maqsud Mirzəyevə bu faktı təsdiqləyən fotoları göndərildiyi bildirilir.

Hətta Ali məhkəmədə M.Mirzəyev bunu açıqlayıb və vatsapa İlham Əsgərlinin harada istirahət etdiyini əks etdirən fotoların yollandığını söyləyib.

Hazırda ölkədən kənarda olan icra başçısının oğlu 5 ildən çox Bakıya gələ bilməz. Hətta Avropa ölkələrindən birində oturum aldığı iddia edilir.

Politika.Az-a verilən xəbərdə deyilir ki, Bakının Nəsimi rayon İcra Hakimiyyəti (RİH) başçısı Asif Əsgərov Azərbaycan hökumətini pis vəziyyətdə qoyur.

İcra başçısının ucbatından Azərbaycan dövləti cərimələnə bilər. İcra başçısının oğlunun cinayət işi Avropa Məhkəməsinə gedir.

Avropa Məhkəməsi zərər çəkən tərəfin hüquqlarının pozulması ilə bağlı hökuməti cərimələyə bilər. Bu təzminat da dövlət tərəfindən ödənməlidir.

Məlumatda deyilir ki, iş Avropa Məhkəməsində baxılsa və təzminat qərarı çıxarılsa, A.Əsgərov dövlətə zərər vurmuş olacaq.

Hələ o zaman Səbail rayon İcra Hakimiyyətinin başçısı olan Asif Əsgərov öz oğlunun və ailə sürücüsünün həyatını xilas etmək üçün hərəkətə keçsə də, oğlunun "öldürdüyü” 16 yaşlı Sənan Mirzəyevin yaşaması üçün heç nə etməyib.

Daha sonra ictimai qalmaqala səbəb olan bu hadisə Asif Əsgərovun oğlunun həbs olunması ilə nəticələndi. Amma bir insanın ölümünə səbəb olan başçının oğlu qanunvericilikdə nəzərdə tutulan cəzadan çox yüngül cəzaya məhkum edildi.

Daha sonra oğlunu xəstəlik adı ilə ev dustaqlığına buraxdırdığı və xaricdə yaşadığı bildirildi. Bunu mərhumun atası məhkəmədə deyib. O, tələb edirdi ki, oğlunu öldürən gənc sona qədər həbsdə qalsın və sonra azadlığa çıxıb ondan üzr istəsin. Hökmdən narazı qalan ata Avropa Məhkəməsinə qədər getməyə hazırlaşır.

Politika.Az



Oxunub: 4501


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il