Azərbaycan Rusiyadan raket kompleksi almaq istəyir

Azərbaycan Rusiyadan raket kompleksi almaq istəyir
Azərbaycanın Müdafiə Nazirliyi Rusiya istehsalı olan müasir “Bal-E” tipli sahil raket kompleksinə maraq göstərir

Politika.Az “Kommersant”a istinadən verdiyi məlumata görə, sözügedən kompleksləri istehsal edən “Taktiki raket silahı” korporasiyasının baş direktoru Boris Obnosov bildirib ki, “Bal-E” kompleksinin təqdimatı Astanada keçirilən KADEX 2014 sərgisində baş tutub.

Nəşrin yazdığına görə, artıq Rusiyanln hərbi-texniki əməkdaşlıq Federal xidmətinə komplekslə bağlı bir sifariş daxil olub.

“Bal-E” 2008-ci ildən Rusiya ordusunda olan “Bal” tipli sahil raket kompleksinin ixrac variantıdır. Kompleksdən ərazi suların, bazaların və sahilyanı infrastruktur obyektlərinin mühafizəsində istifadə olunur.

“Kommersant” qeyd edir ki, bir müddət öncə Azərbaycan tərəfi “Yaxont” gəmi əleyhinə raketlə təchiz olunmuş “Bastion” kompleksi ilə maraqlanıb: “Lakin Moskvanın razılıq verməməsi üzündən üçün razılaşma baş tutmayıb. İndi isə vəziyyət dəyişib. “Bal-E” kompleksi sahilyanı zonanın müdafiəsi üçün nəzərdə tutulduğu üçün Xəzər dənizinə çıxışı olmayan Ermənistanın narazılığına səbəb olmaz”.



Oxunub: 403


Loading...




Fikirlər


Şərh bildir
(Şərh yazarkən oxucular dini, irqi, milli ayrı-seçkiliyə yol verməməli, insan şəxsiyyətinə toxunacaq qeyri-etik ifadələr işlətməməli, ölkə qanunvericiliyinə zidd çağırışlar etməməlidir. Əks halda belə şərhlər ya redaktə ediləcək, ya da ümumiyyətlə, sayta buraxılmadan silinəcək.)
  • Anons-Reportaj

  • Bölgə xəbəri

  • Rəsmi

  • Oxucu şikayəti

  • Populyar xəbərlər

  • İdman

  • Dünya

  • Ən çox oxunanlar

    Bu gün
    Bu həftə
    Bu ay
    Bu il