Sənət 10:34 18.05.2022

4500 manat mükafatı olan müsabiqəyə 106  senari göndərildi - Qəbul bitdi

Azərbaycan Kinematoqrafçılar İttifaqının elan etdiyi "Mən qadınam" ssenari müsabiqəsinə qəbul yekunlaşıb. 

Qaynarinfo xəbər verir ki, müsabiqəyə 106 müraciət qeydə alınıb.

Kinematoqrafçılar İttifaqından verilən məlumata görə, iyulun 15-nə qədər finalçılar, avqustun 1-nə qədər isə qaliblər elan ediləcək. 

 

Xatırladaq ki, qalib ssenarilər mükafatlandırılacaq. 1-ci yer 2000, 2-ci yer 1500, 3-cü 1000 manata sahib olacaq”.


Bahar Rüstəmli